Qızının istismar edildiyini öyrənən ana polis idarəsində dünyasını dəyişdi
Türkiyənin Artvin vilayətində əqli qüsurlu qızının cinsi istismara məruz qaldığını iddia edərək polisə şikayət edən qadın xəstəxanada həyatını itirib.
Sonxeber.az xarici mediaua istinadən xəbər verir ki, hadisə Şavşat rayonunda baş verib. Məlumata görə, əqli qüsurlu 26 yaşlı Y.S. anası 53 yaşlı Nalan Kayaya bir şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Bundan sonra ana polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Şikayətdən sonra araşdırmalara başlayan polis əməkdaşları verilən təsvir əsasında şübhəli bilinən 49 yaşlı T.K.-ni qısa müddətdə saxlayaraq nəzarətə götürüblər.
Bu vaxt polis bölməsində olan Nalan Kayanın təzyiqinin qəfil yüksəldiyi və vəziyyətinin pisləşdiyi bildirilib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları onu Şavşat Dövlət Xəstəxanasına çatdırıblar.
Müayinələr zamanı qadının aorta damarının yırtıldığı müəyyən edilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tək uşaq anası olduğu bildirilən Nalan Kayanın ölümü rayonda böyük kədərə səbəb olub. Polis bölməsindəki prosedurlar tamamlandıqdan sonra məhkəməyə çıxarılan şübhəli T.K. barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1238 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr