Birləşmiş Ştatlar Tehranı nüvə proqramından tamamilə uzaqlaşdırmaq niyyətindədir
"Amerika Birləşmiş Ştatları İranla qarşıdurmada mövqeyini gücləndirərək bu ölkənin nüvə proqramı planına tamamilə son qoymaq niyyətindədir".
Oxu.Az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib.
"Prezident Donald Trampın milli təhlükəsizlik qrupunun İranın nüvə cəhdlərini birdəfəlik dayandırmaq məqsədilə bütün vasitələrdən istifadə etdiyi hazırda daha aydın görünür", - deyə o, CNN telekanalına müsahibəsində bildirib.
Kelli, həmçinin əlavə edib ki, "Epik qəzəb" əməliyyatı ilə əldə edilən mühüm nəticələr ABŞ-nin gücünü artırır, İran isə gündən-günə zəifləməkdədir.
Cümə axşamı gecə saatlarında qeydə alınan qarşılıqlı zərbələrdən sonra Fars körfəzi regionunda vəziyyətin yenidən kəskinləşməsi müşahidə olunub. İranın rəsmi dövlət radiosu bildirir ki, insident ABŞ hərbi qüvvələrinin İran neft tankerinə zərbə endirməsi ilə başlayıb. "Tasnim" agentliyinin məlumatına əsasən, bu addıma cavab olaraq İslam Respublikası Hörmüz boğazı ərazisində ABŞ-nin üç esminesinə kamikadze dronlar və raketlərlə hücum edib. Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) idarə olunan raket esmineslərinə qarşı həyata keçirilən hücumu təsdiq edərək, İranın hərbi hədəflərinə qarşı cavab tədbirlərinin görüləcəyini bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 290 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabr