Mehmet Ali Erbil şantaj edilir: "Süni intellektlə video hazırlanıb"
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil sosial media hesabında etdiyi paylaşımda son günlər şantaj edildiyini açıqlayıb.
Lent.az xəbər verir ki, Erbilin bildirdiyinə görə, naməlum şəxslər süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərdən istifadə edərək ondan pul tələb ediblər.
Mehmet Ali Erbil qeyd edib ki, yayılan görüntülərin onunla heç bir əlaqəsi yoxdur və həmin materialların süni intellekt və rəqəmsal manipulyasiya üsulları ilə hazırlandığı ehtimal edilir. O, pul tələbini qəbul etmədiyi üçün həmin şəxslərin onu nüfuzdan salmağa çalışdıqlarını deyib.
Şoumen açıqlamasında bunları bildirib:
"Son günlər kimliyi naməlum bəzi şəxslər tərəfindən mənə qarşı çirkin bir şantaj cəhdi ilə qarşılaşdım. Mənimlə heç bir əlaqəsi olmayan, süni intellekt və rəqəmsal manipulyasiya üsulları ilə hazırlanana görüntülər vasitəsilə məndən pul tələb edildi. Bu tələblərə məhəl qoymadığım üçün həmin şəxslər ətrafıma və ictimaiyyətə qarşı nüfuzdan salma cəhdlərinə başlayıblar. Texnologiyanın gəldiyi nöqtədə bu cür saxta məzmunların hazırlanmasının mümkün olduğu artıq hər kəsə məlumdur. Buna görə ictimaiyyətdən xahiş edirəm ki, doğruluğu təsdiqlənməmiş və pis niyyətlə yayılan görüntülərə qarşı diqqətli olsunlar. Məsələ bütün sübutlarla birlikdə məhkəmə orqanlarına təqdim edilib və lazımi hüquqi proses başladılıb. Bu videoları yayan, paylaşan və çoxaldan şəxslərlə bağlı da hüquqi addımlar atılacaq."
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 711 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabr