5 günlük körpəyə zorakılıq edən tibb bacısı məhkəmədə hakimə yalvardı - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində 5 günlük körpəyə qarşı zorakılıq göstərdiyi iddia olunan tibb bacısı məhkəmə qarşısına çıxarılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kahramanmaraş Sütçü İmam Üniversitesi Sağlık Uygulama ve Araştırma Hastanesi nəzdində fəaliyyət göstərən Yenidoğulmuşların Reanimasiya Bölməsində baş verib. 2021-ci ilin 26 may tarixində müalicə alan 5 günlük Deniz Esin Bozoklar adlı körpəyə qarşı zorakılıq edildiyi iddiaları ilə bağlı araşdırma başladılıb.
İş məhkəməyə göndərildikdən sonra tibb bacısı H.D.B.-nin körpəyə qarşı fiziki zorakılıq göstərdiyi anların görüntüləri ortaya çıxıb. Bundan sonra onun barəsində həbs qərarı verilib.
Kahramanmaraş 10. Asliye Ceza Mahkemesində keçirilən iclasda təqsirləndirilən şəxs SEGBİS sistemi vasitəsilə məhkəməyə qoşulub.
Hakimin suallarını cavablandıran keçmiş tibb bacısı bildirib ki, məqsədi körpəyə zərər vermək olmayıb:
"Xəstəyə bilərəkdən zərər vermək niyyətim olmayıb, məqsədim müalicə etmək idi. Baş verən hadisəyə görə çox peşmanam və bu peşmançılığı ömür boyu yaşayacağam. Həbsiz mühakimə olunmağımı xahiş edirəm. Mənim uşağın xəstəliyi ilə bağlı heç bir əlaqəm yoxdur. Təxminən 4 aydır öz övladımdan da ayrı qalmışam. Ev dustaqlığı və ya digər nəzarət tədbirləri tətbiq edilə bilər", - deyə o bildirib.
Təqsirləndirilən şəxsin vəkili Mustafa Çaprak onun həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Körpənin ailə vəkili isə əvvəlki mövqeyini təkrarlayaraq həbsin davam etdirilməsini tələb edib.
Məhkəmə tibb bacısı H.D.B.-nin həbsdə qalmasına qərar verib. İş üzrə növbəti məhkəmə iclası Ədli Tibb Qurumu tərəfindən təqdim olunacaq ekspertiza rəyinin gözlənilməsi səbəbindən 3 iyul tarixinə təxirə salınıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1005 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib
25 noyabrPirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28 noyabrNərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismind
28 noyabrBakıda toyda rəqs edən qonaqların başına iş gəldi
Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub. -ın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, M.Rəhmanov rayon ərazisind
28 noyabrTƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14 noyabrYataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15 noyabrMaşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21 noyabr