4-cü sinif buraxılış tədbirində 9 yaşlı uşaq güllələnib - VİDEO
Türkiyənin Batman şəhərində məktəb tədbiri zamanı 9 yaşlı uşaq havalı tüfəngdən açılan atəş nəticəsində yaralanıb. H
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 19 Mayıs məhəlləsində yerləşən Gənclik Parkında baş verib. Müəllim, valideyn və şagirdlərin iştirakı ilə 4-cü sinif şagirdləri üçün buraxılış tədbiri təşkil olunub. Tədbir zamanı dostları ilə oynayan M.N.A. adlı 9 yaşlı uşaq parkda olan yeniyetmələrdən birinin havalı tüfəngi boş hesab edərək atəş açması nəticəsində ayağından yaralanıb.
Hadisədən sonra şübhəlilər qaçıb. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı uşaq müəllimlərinin müşayiəti ilə xəstəxanaya aparılıb və müalicəyə götürülüb.
Uşağın atası Seyithan A. bildirib ki, oğlunun həyati təhlükəsi yoxdur, lakin güllənin çıxarılması üçün əməliyyat olunacaq:
"Sinif yoldaşları ilə birlikdə buraxılış tədbiri keçirirdilər. Parkda oturarkən 13-14 yaşlarında iki uşaq gəlib oğlumun ayağına atəş açıb. Müəllimləri dərhal onu xəstəxanaya çatdırdılar. Məktəbin və müəllimlərin heç bir səhlənkarlığı olmayıb. Onlara təşəkkür edirəm. Bu hadisəni törədənlərin tezliklə tutulub ədalətə təhvil verilməsini istəyirik", - deyə ata bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır, qaçan iki yeniyetmənin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1520 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabr