Xorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilir

Xorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilirXorvatiyanın şərqində yerləşən Moxovo ərazisində arxeoloqlar 302 ədəd Roma sikkəsi aşkarlayıblar.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Zaqreb Arxeologiya İnstitutu bu tapıntının Roma İmperiyasının əsas sərhədlərindən biri olan Dunay limesini qoruyan kiçik bir hərbi bölmə ilə bağlı olduğunu bildirib.

Dəfinə Vukovar-Srem jupaniyasında, təxminən bir kvadratmetrlik sahəsi olan Roma gözətçi qülləsinin ərazisində aparılan qazıntılar zamanı tapılıb. Sikkələrin əksəriyyəti Dunay sərhədinin müdafiəsinin gücləndirildiyi dövrə - eramızın IV əsrinə aiddir.

Belə ki, dəfinə dar bir xəndəkdə aşkar edilib. Texnik Damir Topiçin sözlərinə görə, əvvəlcə bir, sonra isə ard-arda bir neçə sikkə tapıldıqdan sonra bunun məqsədyönlü şəkildə gizlədilmiş bir dəst olduğu aydınlaşıb.

İnstitutun direktoru Marko Dizdar bunun hərbi ehtiyat ola biləcəyini ehtimal edir. Versiyalardan birinə görə, əsgərlər hücum və ya təhlükə zamanı pulları geri götürmək ümidi ilə gizlətsələr də, görünür, bu, onlara nəsib olmayıb. Çox güman ki, bu, sadəcə əşyalar toplusu deyil, sərhəddəki növbəti böhran zamanı tələsik gizlədilmiş əsgər və ya zabit maaşıdır.

İlkin təhlillər göstərir ki, sikkələrin çoxu imperator I Valentinianın (eramızın 364-375-ci illəri) dövründə zərb edilib. Bu fakt yerli tarix üçün də vacibdir, çünki imperator müasir Vinkovtsinin yerində yerləşən Roma şəhəri Tsibalda anadan olub.

Sikkələrlə yanaşı, arxeoloqlar fibulalar (geyim sancaqları) və balıqçılıq qarmağı da tapıblar. Bu əşyalar göstərir ki, qüllədəki həyat yalnız keşik çəkməkdən ibarət olmayıb; əsgərlər orada daim yaşayır, avadanlıqlarını təmir edir və çayın resurslarından istifadə edirdilər.

Bərpa işlərindən sonra sikkələr muzeyə təhvil veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 710   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr