Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına müsahibə verib.

Sonxeber.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:

Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir?

Prezident İlham Əliyev: Əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır.

Müxbir: Aydındır ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhər" və yaşıl enerji layihələrini təqdim edib. Bunlar münaqişədənsonrakı dövrdə yenidən qurulan ərazilərdir. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər? Başqalarının təcrübəsindən faydalanmaqdan danışdınız, bəs, onlar sizdən nə öyrənə bilər?

Prezident İlham Əliyev: Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.

İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Müxbir: Yəni dünyanın digər ölkələri üçün bir model rolunu oynaya bilər ki, bu da gözəl haldır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Avropa enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolunun necə inkişaf edəcəyini görürsünüz?

Prezident İlham Əliyev: Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.

Müxbir: Təşəkkür edirəm. Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?

Prezident İlham Əliyev: Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq.

Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.

Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.

Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək həmişə böyük məmnuniyyətdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi yenidən Azərbaycanda görməkdən məmnunam.

Müxbir: Geri qayıtmaq həmişə çox xoşdur. Müsahibəyə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEOPrezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEOPrezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEOPrezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEOPrezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 132   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan müasir urbanizasiya və mədəni irsin qorunması sahəsində qlobal nümunələrdən birinə çevrilir" - DEPUTAT

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirən mühüm qlobal tədbirlərdən biri kimi tarixə düşdü. Forumun Bakıda keçirilməsi şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyəti tərəfində

19 may
.

"Azərbaycanda gələcək perspektivlər haqqında nikbin danışmalıyıq" - AÇIQLAMA

"İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığın artırılması bu gün hər bir müasir dövlətin dayanıqlı inkişafını müəyyən edən əsas meyarlardan biridir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil

12 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

Türküstünda TDT liderləri çay süfrəsində söhbətləşiblər

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ərəfəsində liderlər çay süfrəsində bir araya gəliblər. xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Özbəkistan liderləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliye

15 may
.

İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədə

13 may
.

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir

May ayının 17-dən Azərbaycan dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarl

18 may
.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

Türk dünyası dünyanın nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub. Zirvə görüşü yeni yaranan texnologiyaları

16 may
.

"Dövlət tərəfindən ailə institutunun qorunması istiqamətində mühüm addımlar atılır" - DEPUTAT

"Ailə Azərbaycan cəmiyyətinin milli-mənəvi kimliyimizin əsas dayağıdır. Xalqımızın gücü tarix boyu ailənin bütövlüyündən, böyüyə hörmətdən, övlad məsuliyyətindən və mənəvi bağlılıqdan qaynaqlanıb. Bu gün ailə institutunda baş verən dəyişikliklər cəmiyyətin gələcəyinə birbaşa təsir göstərir"

18 may