WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir
May ayının 17-dən Azərbaycan dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Ölkəmiz uzun illərdir müxtəlif beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirildiyi məkan kimi tanınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması da dövlətin bu sahəyə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Azərbaycan bu gün şəhərsalma və memarlıq istiqamətində dünyanın qabaqcıl ölkələrindən biri hesab olunur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq layihələri bir çox dövlətlər üçün nümunə ola biləcək səviyyədədir. Bu siyasətin əsası isə Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qoyulub. Həmin dövrdən başlayaraq Azərbaycanda şəhər və kəndlərin abadlaşdırılması, tarixi-memarlıq abidələrinin qorunması, yeni yaşayış məntəqələrinin salınması istiqamətində mühüm addımlar atılıb.
Müstəqillik illərində isə Azərbaycan müasir və modern inkişaf mərhələsinə qədəm qoydu. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində mövcud problemlərin aradan qaldırılması üçün baş planlar hazırlandı və bu planlar əsasında geniş infrastruktur layihələri həyata keçirildi. Müasir parklar, körpülər, yol qovşaqları, metro və dəmir yolu xətləri tikildi, sosial və humanitar layihələr reallaşdırıldı.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə yeni məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri və digər sosial obyektlər inşa edildi.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün də uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrinə start verilib. "Ağıllı kənd", "Ağıllı şəhər" və "Yaşıl enerji" konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə yenidən qurulmasını təmin edir.
Hamıya məlumdur ki, Ermənistanın işğalı nəticəsində Qarabağda şəhər və kəndlərimiz tamamilə dağıdılmış, uzun illər ərzində həmin ərazilərdə daş üstə daş qalmamışdı. Lakin qısa müddət ərzində Qarabağda beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, müasir kənd və şəhərlərin qurulması Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu gün dünyada belə qısa zaman ərzində bu qədər genişmiqyaslı quruculuq işləri həyata keçirən ikinci bir ölkə göstərmək çətindir.
Məhz buna görə də Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi olduqca mühüm və təqdirəlayiq hadisədir. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, nazirlərin, parlament rəhbərlərinin, alimlərin və iş adamlarının Azərbaycana səfər etməsi bir daha göstərir ki, ölkəmizə beynəlxalq maraq və etimad olduqca böyükdür.
Bu gün Azərbaycan şəhərsalma, memarlıq və müasir infrastruktur quruculuğu sahəsində dünya üçün nümunə hesab olunur. Son yarım əsrdə ölkəmizdə görülən işlər bir çox dövlətlərin əsrlər boyu həyata keçirdiyi layihələrlə müqayisə edilə biləcək səviyyədədir. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi həm region, həm Avrasiya məkanı, həm də bütövlükdə dünya üçün mühüm əhəmiyyət daşıyır.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu