"Azərbaycan müasir urbanizasiya və mədəni irsin qorunması sahəsində qlobal nümunələrdən birinə çevrilir" - DEPUTAT

"Azərbaycan müasir urbanizasiya və mədəni irsin qorunması sahəsində qlobal nümunələrdən birinə çevrilir" - DEPUTAT"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirən mühüm qlobal tədbirlərdən biri kimi tarixə düşdü. Forumun Bakıda keçirilməsi şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərdi. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişaf strategiyası, tarixi irsin qorunması və müasir urbanizasiya siyasəti barədə mühüm fikirlər səsləndirdi" , - bu fikirləri Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Prezident İlham Əliyev forumun miqyasının olduqca böyük olduğunu bildirərək qeyd etdi ki, tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu rəqəm Bakının artıq beynəlxalq forumlar və qlobal müzakirələr üçün mühüm platformaya çevrildiyini təsdiqləyir. Dövlət başçısı forumun nəticələrinin COP29 qədər uğurlu olacağına əminliyini ifadə etdi.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu vurğuladı. O qeyd etdi ki, ölkəmizin memarlıq irsi də bu zəngin tarixi əks etdirir. Bakının qədim İçərişəhəri ilə müasir şəhərsalma layihələrinin harmoniyası Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir.
İçərişəhərin dar küçələri, Şirvanşahlar dövrünün memarlıq nümunələri, XIX əsr Avropa üslubunda tikilmiş binalar və müasir göydələnlər Bakının çoxqatlı memarlıq simasını formalaşdırır. Prezident İlham Əliyev vurğuladı ki, bu harmoniya təsadüfi deyil, Azərbaycan xalqının tarixi irsə hörmətinin nəticəsidir.
Dövlət başçısı çıxışında Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim şəhərlərin memarlıq dəyərindən geniş bəhs etdi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi məkanların dünya sivilizasiyası üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Şamaxıda VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, qədim Kiş kilsəsi və Lahıcın əsrlər əvvəl yaradılmış kanalizasiya sistemi Azərbaycan memarlığının və mühəndislik düşüncəsinin qədim tarixini göstərir.
Prezident İlham Əliyev çıxışında 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunmasını da xüsusi qeyd etdi. Bu qərar dövlətin şəhərsalma sahəsinə strateji yanaşmasının göstəricisidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın şəhərsalma siyasəti yalnız yeni binaların tikilməsi deyil, həm də insan həyatının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Çıxışın əsas hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olundu. Prezident İlham Əliyev Ermənistanın işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığını bildirdi. Ağdamın "Qafqazın Xirosiması" adlandırılması dağıntının miqyasını göstərən ən təsirli ifadələrdən biridir.
Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə dünyanın ən böyük bərpa layihələrindən birini həyata keçirir. Son beş ildə yüzlərlə kilometr avtomobil yolu çəkilib, tunellər, körpülər və dəmir yolları tikilib, üç beynəlxalq hava limanı istifadəyə verilib.
"Böyük Qayıdış Proqramı" çərçivəsində artıq 85 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır. Dövlət başçısı qeyd etdi ki, insanların yalnız geri qayıtması deyil, həm də orada layiqli həyat şəraitinə malik olması əsas məqsəddir. Bu məqsədlə yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və sənaye zonaları yaradılır.
Prezident İlham Əliyev çıxışında ekoloji təhlükəsizlik məsələlərinə də toxundu. O qeyd etdi ki, Bakı şəhəri uzun illər ərzində neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdi. Lakin son illərdə həyata keçirilən layihələr şəhərin ekoloji görünüşünü tamamilə dəyişib.
Qara şəhərin Ağ şəhərə çevrilməsi Azərbaycanın ekoloji şəhərsalma siyasətinin ən uğurlu nümunələrindən biridir. Bu gün həmin ərazi müasir yaşayış kompleksləri, parklar və biznes mərkəzləri ilə seçilir. Prezident qeyd etdi ki, son 20 ildə Bakıda 100 park və ictimai məkan salınıb və paytaxtın ekoloji mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Prezident İlham Əliyev Formula-1 yarışını misal gətirərək şəhərsalmada tarazlığın vacibliyini vurğuladı. Onun fikrincə, liderlər həm inkişafda cəsarətli olmalı, həm də tarixi irsin qorunmasında son dərəcə diqqətli davranmalıdırlar. Azərbaycanın şəhərsalma modeli məhz bu prinsip üzərində qurulub.
Forumun Bakıda keçirilməsi və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan müasir urbanizasiya, dayanıqlı inkişaf və mədəni irsin qorunması sahəsində qlobal nümunələrdən birinə çevrilir. Bu çıxış Azərbaycanın gələcək inkişaf strategiyasını və şəhərsalma sahəsində qarşıya qoyduğu hədəfləri beynəlxalq ictimaiyyətə aydın şəkildə təqdim etdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 751   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn

21 noyabr
.

Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d

25 noyabr
.

Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri

27 noyabr
.

Kəlbəcərin azad edilməsindən 6 il ötür

"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticəd

23 noyabr
.

Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub. Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonard

23 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21 noyabr
.

"Söhbət Rusiya ilə Qərb arasında onsuz da gərgin olan münasibətlərdən gedir" - BƏHRUZ QULİYEV

"Rusiya ilə Polşa arasında raket insidenti və bunun NATO müstəvisində doğurduğu müzakirələr Avropanın təhlükəsizlik gündəliyində kifayət qədər ciddi hadisə kimi qiymətləndirilməlidir. Çünki söhbət NATO üzvü olan Polşanın təhlükəsizliyindən, bütövlükdə Avropanın müdafiə sistemindən və Rusiya il

23 noyabr
.

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal

23 noyabr