Medvedev: "Paşinyan qaz qiymətlərinə görə postundan məhrum ola bilər"
"İrəvan eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın üstünlüklərini qorumağa və Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma kursunu tənqid edərək bildirib.
Medvedev özünün "Max" kanalında bəyan edib ki, "iki stul arasında oturmağa çalışanlar ağrılı şəkildə yerə yıxılmaq riski ilə üzləşirlər". "Görünür, Nikol ləqəbli bir adam yaxın gələcəkdə məhz bunu etməyi planlaşdırır. O, AİB-də iştirakın bütün üstünlüklərini qorumağa çalışarkən, öz supergücünü israrla Avropa İttifaqına sürükləyir", - deyə Medvedev yazıb.
Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlər dərinləşdikcə belə, Rusiya qazının cari qiymətlərini qoruyub saxlamağı gözləyir: "Rusiya xaricdəki "tərəfdaş"ı üçün min kubmetr üçün 177.5 dollar olan cari qaz qiymətlərini saxlamağa borcludur", - deyə o yazıb və qeyd edib ki, 2026-cı ilin may ayında Avropada qazın birja qiymətləri min kubmetr üçün 570-590 dollar olub.
"Hamıya aydındır ki, Avropadaki qaz qiymətlərinə keçid olsa, A ölkəsinin insanları bu kişini iylənmiş əskilərlə döyə-döyə birbaşa Parisdəki istəkli dostunun (Fransa Prezidenti Emmanuel Makronun - red.) yanına qədər qovacaqlar. Ona görə də hamının xoşuna gəlmək üçün belə abırsız şəkildə quyruq bulamalı olur", - deyə Medvedev bildirib.
Qeyd edək ki, son günlər Paşinyanla bağlı həm ölkə daxilində, həm də xaricində tənqidi fikirlər səsləndirilir. Paşinyanın seçki kampaniyası vaxtı etdiyi hərəkətlər hazırkı baş naziri gülünc vəziyyətə qoyub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 375 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabr