Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər

Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər"İsti aylarda qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi əhəmiyyətli dərəcədə artır".

Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı diyetoloq Anastasiya Lebedeva deyib.

"Bu halın əsas səbəbi qidaların keyfiyyətinin aşağı düşməsi deyil, yüksək hərarət, saxlama qaydalarının pozulması və gigiyena tələblərinə riayət edilməməsidir.

Yay fəslində virus və bakteriyaların çoxalma sürəti artır. Nəticədə qışda tam təhlükəsiz olan qidalar isti havada çox tez xarab olur. Süd məhsulları, dəniz məhsulları, ət, kremli şirniyyatlar, salatlar və souslu yeməklər tez xarab olan və riskli məhsullar hesab edilir.

İnsanlar evdən kənarda daha çox qidalanır, çimərliklərdə, bazarlarda və küçə köşklərində yemək alır, fərqli təamlardan dadır və məhsulların saxlanma şəraitinə daha az diqqət yetirirlər. İqlim, su və qidalanma rejiminin dəyişməsi isə orqanizmə əlavə yük yaradır.

İnfeksiyaların mənbəyi çox vaxt məhz su olur. İçkilərə əlavə edilən buz, yaxşı yuyulmamış meyvə-tərəvəzlər və naməlum mənbələrdən götürülmüş sular ciddi təhlükə yarada bilər. Fərqli sanitariya şəraitinə malik ölkələrə səyahət edərkən xüsusilə diqqətli olmaq lazımdır.

İnsanlar istirahətdə olarkən gigiyena qaydalarına qarşı daha diqqətsiz davranırlar. Unutmaq olmaz ki, zərərli mikroorqanizmlər heç də həmişə yeməyin dadını və ya xarici görünüşünü dəyişdirmir", - deyə mütəxəssis bildirib.

Uşaqların orqanizmində susuzlaşma böyüklərlə müqayisədə daha tez baş verdiyi üçün ekspert uşaqlı ailələrə xüsusi ehtiyatlı olmağı tövsiyə edib. Profilaktik tədbir olaraq yalnız təmizliyinə əmin olduğunuz suyu içmək, əlləri tez-tez yumaq, şübhəli iaşə obyektlərindən uzaq durmaq və hazır yeməkləri soyuducudan kənarda saxlamamaq məsləhət görülür.

Mütəxəssis sonda əlavə edib ki, spirtli içkilərin qidanı dezinfeksiya etməsi ilə bağlı yayılmış fikirlər tamamilə yanlışdır:

"Üstəlik, isti günlərdə spirtli içkilər susuzlaşmanı daha da şiddətləndirə bilər. Şiddətli ürəkbulanma, qusma, yüksək hərarət və ya kəskin halsızlıq halları baş verərsə, dərhal həkimə müraciət etmək mütləqdir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 451   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan

3 oktyabr