Günəş və külək planeti xilas edəcək: Qlobal enerji sistemi nə vaxt yaranacaq?
Pekin Tsinxua Universitetinin tədqiqatçıları göstəriblər ki, 2050-ci ilə qədər dünya texniki baxımdan elektrik enerjisi tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyə bilər.
Qaynarinfo xəbər verir ki, "Nature Energy" jurnalında dərc olunan araşdırmaya görə, qlobal enerji sisteminin detallı modeli hazırlanıb. Model dünyanın bütün regionlarının enerji tələbatını saatlıq dəqiqliklə nəzərə alır və onların külək və günəş kimi bərpa olunan texnologiyalarla necə təmin edilə biləcəyini analiz edir. Hesablamalarda həm günəş panellərinin, həm də külək turbinlərinin yerləşdirilə biləcəyi sahələr və istehlak mərkəzlərinə məsafə nəzərə alınıb.
Nəticələrə görə, sıfır emissiyalı qlobal elektrik sistemi üçün 15-20 teravat dəyişkən bərpa olunan enerji gücü (əsasən günəş və külək) tələb olunur. Enerji mənbələrinin 80 faizdən çoxu istehlak mərkəzlərindən 200 km radiusda yerləşəcək.
Eyni zamanda model ciddi məhdudiyyətləri də göstərir: yalnız günəş panellərinin quraşdırılması üçün 9 milyon hektardan çox ərazi lazım ola bilər. Araşdırmada vurğulanır ki, bərpa olunan resursların bolluğu xüsusilə Afrika kimi aşağı gəlirli regionlar üçün enerji əlçatanlığını artıraraq daha ədalətli enerji sisteminə imkan yarada bilər.
Model həmçinin xərclərin azaldılması üçün bir neçə mexanizmi göstərir. Enerji istehlakının idarə olunması (tələbin optimallaşdırılması) illik xərcləri təxminən 182 milyard dollar azalda bilər ki, bu da sistem xərclərinin 6,5 faizinə bərabərdir. Beynəlxalq yüksək gərginlikli ötürmə şəbəkələrinin genişləndirilməsi əlavə 5,6 faiz (təxminən 157 milyard dollar) qənaət yarada bilər. Bərpa olunan enerji texnologiyalarında ticarət maneələrinin aradan qaldırılması isə illik 345 milyard dollarla ən böyük qənaət mənbəyi kimi göstərilir.
Müəlliflər vurğulayırlar ki, sıfır emissiyalı qlobal enerji sistemi yalnız iqlim məqsədlərinə deyil, həm də enerji ədalətinə xidmət edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 531 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri
21 noyabrGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr