İmtahan ərəfəsində nələri etmək olmaz? - Psixoloqdan tövsiyələr

İmtahan ərəfəsində nələri etmək olmaz? - Psixoloqdan tövsiyələr"Məktəblilərə imtahan ərəfəsində bütün materialı yenidən öyrənməyə çalışmaq deyil, qüvvələrini düzgün bölüşdürmək və psixoloji olaraq hazırlaşmaq tövsiyə olunur".

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı pedaqoq-psixoloqu Natalya Morozova danışıb.

Mütəxəssisin sözlərinə görə, imtahana bir gün qalmış əsas hazırlıq artıq yekunlaşmalıdır. Bu mərhələdə yeni mövzular öyrənməyə çalışmaq əvəzinə əsas mövzuları, düsturları və qaydaları təkrarlamaq daha faydalıdır.

Psixoloq biliklərin sistemləşdirilməsi üçün qısa plan və vizual sxemlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul mövzular arasındakı əlaqələri daha yaxşı görməyə və imtahan zamanı lazım olan məlumatı tez xatırlamağa kömək edir.

Mütəxəssis istirahətin də hazırlığın vacib hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, fasilələr diqqəti qorumağa və stres səviyyəsini azaltmağa kömək edir. Bununla yanaşı, gəzinti və idman kimi aktiv istirahət növlərini kitab oxumaq, musiqi dinləmək və dostlarla ünsiyyət kimi sakit fəaliyyətlərlə növbələşdirmək faydalıdır.

Morozova yuxuya xüsusi diqqət yetirməyi də məsləhət görüb. Onun sözlərinə görə, imtahanlara hazırlıq dövründə gündə ən azı yeddi-səkkiz saat yatmaq və mümkün qədər eyni saatda yatıb oyanmaq vacibdir. Yuxusuzluq yaddaşa, diqqətə və ümumi vəziyyətə mənfi təsir göstərə bilər ki, bu da imtahan nəticələrinə təsirsiz ötüşmür.

Psixoloq yatmazdan yarım saat əvvəl smartfon, planşet və kompüterdən istifadə etməməyi, bunun əvəzinə kitab və ya jurnal oxumağı tövsiyə edib. O qeyd edib ki, isti bitki çayı və nəfəs məşqləri də rahatlamağa kömək edir.

Həyəcanı azaltmağın digər üsullarından biri isə uğurun zehində canlandırılmasıdır. Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl imtahanın sakit keçdiyini, suallara inamla cavab verildiyini və yüksək nəticə əldə olunduğunu təsəvvür etmək faydalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 186   Tarix: 30 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağız xərçəngi çox vaxt nəzərə çarpmayan bir əlamətlə başlayır - nəyə diqqət yetirmək lazımdır?

Bir çox insan ağız boşluğunda yaranan yaraları müvəqqəti problem hesab edərək onlara əhəmiyyət vermir. Lakin bəzi hallarda bu əlamət orqanizmdə daha ciddi dəyişikliklərin göstəricisi ola bilər. xarici mediaya istinadən xəbər verir ki, ağız boşluğundakı yaraların əksəriyyəti sağlamlıq üçün təhlükə yaratmı

8 iyun
.

Bu üsul avtomobilinizi oğurluqdan qoruyur: təəccüblənəcəksiniz

Mütəxəssislər bildiriblər ki, adi alüminium folqa siqnalı bloklayaraq retranslyasiya hücumlarının qarşısını alır. xarici mediaya istinadən xəbər verir ki, açarsız giriş sistemi ilə bağlı müasir avtomobillərin təhlükəsizlik problemi bəzi hallarda hətta əl altında olan vasitələrlə, xüsusilə alüminium folq

7 iyun
.

Məşhur müğənnilərə mahnılar yazan istedadlı musiqiçi vəhşicəsinə öldürüldü

İngilis müğənni və bəstəkar Talay Rayli bıçaqlanaraq öldürülüb. xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı Rayli iyunun 5-i səhər saatlarında Londonun Silvertovn bölgəsində ölü tapılıb. Musiqiçi çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadis

9 iyun
.

Kim daha ağıllıdır: pişiksevərlər, yoxsa itsevərlər? - CAVAB

Pişik və it sevən insanlar fərqli düşünür, ünsiyyət qurur və cəmiyyətdə fərqli davranırlar. Tədqiqatçılar hansı qrupun intellekt testlərində daha yüksək nəticə göstərdiyini izah ediblər. İtlərin, yoxsa pişiklərin daha yaxşı olması ilə bağlı mübahisələr illərdir davam edir. Bəziləri itləri insanın ə

7 iyun
.

Evə oğurluğa girməyə çalışan qızlar kameranı görəndə qaçdılar - VİDEO

İstanbulun Kartal rayonunda yaşayış binasında baş verən oğurluq cəhdi təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki,görüntülərdə ən azı iki nəfərin mənzillərdən birinin qapısı önündə gözlədiyi, onlardan birinin isə qapının kilidini açmağa çalışdığı görünür

9 iyun
.

Futbola baxanlar gözlərinə inanmadı: Bir tərəfdə leysan, digər tərəfdə günəş - VİDEO

Bir futbol matçı zamanı yaşanan qeyri-adi hava hadisəsi həm futbolçuları, həm də azarkeşləri təəccübləndirib. Qarşılaşma davam edərkən meydanın bir hissəsində günəşli hava hökm sürsə də, digər hissəsində leysan yağış yağıb. xarici mediaya istinadla xəbər verir ki, maraqlı hadisə nəticəsində futbolçula

8 iyun
.

Evinizdə varsa QƏTİ ATMAYIN: 3 min pul verirlər - FOTO

Gümüş və melxior qaşıq, çəngəl və digər əşyalar yüksək qiymətə alınır. -a istinadla xəbər verir ki, bir şəxs bununla bağlı sosial şəbəkədə vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, gümüş məmulatların kiloqramını 2-3 min manata, melxior məhsulların isə kiloqramını 60-100 manata qədər alır. Şəx

7 iyun
.

Bu adada pişiklərə qulluq əvəzində pulsuz yaşayış təklif olunur

Yunanıstanın Syros adasında pişiklərə qulluq edən könüllülərə pulsuz yaşayış yeri təqdim olunur. Heyvanların müdafiəsi ilə məşğul olan Syros Cats təşkilatı 2027-ci il üçün könüllülər axtarır. xarici mediaya istinadən xəbər verir ki, könüllülərə Egey dənizində yerləşən Syros adasında pulsuz yaşayış, səhə

9 iyun
.

Qayğanaq bu cür daha ləzzətli olacaq - Kiçik hiylə

Səhər yeməklərinin ən məşhuru olan qayğanaq sadə görünsə də, onun dadı və teksturası bir neçə vacib detalın düzgün seçilməsindən asılıdır. Mütəxəssislərin fikrincə, bir çox insan yumurtaya süd əlavə etsə də, bu, hər zaman ən yaxşı seçim deyil. xarici mediaya istinadən xəbər verir ki, qida ekspertlərini

8 iyun