Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?
Wi-Fi routerinin evdə düzgün yerləşdirilməsi internet sürətinə, bağlantının sabitliyinə və mənzildə zəif siqnal olan zonaların yaranmasına birbaşa təsir edir. Hətta müasir router belə yanlış yerdə quraşdırıldıqda keyfiyyətli internet təmin edə bilmir.
Mütəxəssislərin sözlərinə görə, Wi-Fi siqnalı bütün istiqamətlərə yayılsa da, qalın beton və ya kərpic divarlar, iri metal əşyalar, məişət texnikası, güzgülər və iri mebellər siqnalı zəiflədə bilər.
Mikrodalğalı soba, televizor və digər elektron cihazlardan yayılan elektromaqnit təsirlər də internetin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən kiçik mənzillərdə belə internetin zəif tutduğu və ya ümumiyyətlə işləmədiyi zonalar yarana bilər.
Mütəxəssislər bildirirlər ki, router üçün ən uyğun yer evin və ya mənzilin mərkəzi hissəsidir. Router yaşayış sahəsinin ortasına yaxın yerləşdirildikdə siqnal otaqlara daha bərabər paylanır, zəif bağlantı sahələrinin sayı azalır və internet daha stabil işləyir. Bu üsul xüsusilə bir-dörd otaqlı mənzillər üçün uyğun hesab edilir.
Routerin hündür yerdə yerləşdirilməsi də vacib sayılır. Mütəxəssislər onu rəfdə, dolabın üstündə və ya divarda quraşdırmağı tövsiyə edirlər. Çünki cihaz nə qədər yüksəkdə yerləşərsə, siqnal aşağı və yan istiqamətlərə daha yaxşı yayılır.
Bundan əlavə, router açıq məkanda saxlanılmalıdır. Onu dolabın içinə, nişə, televizorun arxasına və ya otağın küncünə qoymaq məsləhət görülmür. Açıq yerləşmə Wi-Fi siqnalının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Ekspertlər routerin mikrodalğalı soba, soyuducu, televizor, blutuz cihazları və iri metal predmetlərin yanında yerləşdirilməsini də tövsiyə etmirlər. Bu qurğular siqnal qarışıqlığı yaradaraq internet sürətini azalda bilər.
İkimərtəbəli evlərdə yaşayanlara isə routeri mərtəbələr arasındakı hissəyə yaxın yerləşdirmək məsləhət görülür. Məsələn, birinci mərtəbədə tavana yaxın və ya ikinci mərtəbədə döşəməyə yaxın quraşdırmaq hər iki mərtəbədə daha balanslı siqnal yayılmasına kömək edə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, routeri mənzilin küncündə, xarici divarların yaxınlığında, bağlı dolablarda, iri elektrik cihazlarının yanında, həmçinin güzgü və akvarium yaxınlığında yerləşdirmək siqnal itkisini artırır.
Əgər routerin düzgün yerləşdirilməsinə baxmayaraq internet zəif işləyirsə, cihazın ayarlarında Wi-Fi kanalını dəyişmək, proqram təminatını yeniləmək, siqnal gücləndiricisindən istifadə etmək və ya böyük mənzillər üçün "meş" sistemi qurmaq tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, internetin otaqlarda zəif işləməsinin əsas səbəbləri qalın divarlar, routerin yanlış yerləşdirilməsi, elektron cihazların yaratdığı maneələr və cihazla router arasındakı böyük məsafə ola bilər. (Lent.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA