Ebola təhlükəsi böyüyür: Avropa və Cənubi Amerikada fövqəladə tədbirlər görülür
Demokratik Kongo Respublikasında Ebola virusundan ölənlərin sayı 42-yə çatıb. Virus şübhəsinin İtaliya və Braziliyaya qədər yayılması səhiyyə qurumlarını hərəkətə keçirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Demokratik Kongo Respublikasında Bundibugyo ştammı ilə əlaqəli Ebola virusu epidemiyası narahatlıq doğurmaqda davam edir. Son məlumatlara görə, virus səbəbindən həyatını itirənlərin sayı 42 nəfərə yüksəlib.
Beynəlxalq uçuşlar vasitəsilə virusun digər ölkələrə yayılma riski artdığından, bir sıra dövlətlər təhlükəsizlik tədbirlərini gücləndirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) erkən diaqnoz və vaxtında müalicə nəticəsində sağalma hallarının qeydə alındığını bildirsə də, vəziyyət diqqətlə izlənilir.
Ebola virusuna yoluxma şübhəsinin qeydə alındığı İtaliya və Braziliyada səhiyyə qurumları yüksək hazırlıq rejiminə keçib. Hər iki ölkədə hava limanlarında və tibb müəssisələrində nəzarət tədbirləri sərtləşdirilib, xüsusi tibbi protokollar tətbiq olunmağa başlanıb.
Mütəxəssislər bildirirlər ki, virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq, sərhəd nəzarəti və operativ tibbi müdaxilə xüsusi əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 488 Tarix: 03 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr