Müştərinin limonad istəmə üslubu kafedə qalmaqala səbəb oldu - VİDEO
İstanbulun Avcılar rayonunda yerləşən kafelərdən birində müştəri ilə qadın əməkdaş arasında sifariş zamanı başlayan mübahisə qısa müddətdə böyüyərək qalmaqala çevrilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Avcılar rayonunun Ispartakule məhəlləsində yerləşən kafedə baş verib. İddialara görə, kafeyə gələn müştəri limonad sifariş edib. Sifariş zamanı işlətdiyi ifadə səbəbindən qadın əməkdaşla arasında gərginlik yaranıb.
Görüntülərdə müştərinin "Bir limonad versənə" dediyi, qadın əməkdaşın isə buna "Versənə nə deməkdir?" cavabını verdiyi görünür. Bundan sonra müştəri "Bir limonad verə bilərsiniz?" deyərək sözlərini düzəltməyə çalışıb. Lakin tərəflər arasında dialoq daha da sərtləşib və qarşılıqlı iradlar səsləndirilib.
Mübahisənin böyüməsi nəticəsində müştəri piştaxtanın üzərindəki əşyaları dağıdıb. Ətrafdakı şəxslərin müdaxiləsi sayəsində insident daha da böyümədən nəzarət altına alınıb. Daha sonra şübhəli şəxs kafeni tərk edib.
Kafedə çalışan qadın müştərinin gedərkən onu hədələdiyini iddia edərək polisə müraciət edib. Şikayət əsasında araşdırmaya başlanılıb.
Polis əməkdaşları hadisədən sonra ərazidən uzaqlaşan şübhəlinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 630 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabr