Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"

Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir""Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıda keçirilən Enerji Həftəsinin əhəmiyyəti artdı, çünki tədbir onilliklər ərzində özünü Avropa enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi sübut etmiş ölkədə keçirilir".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda "NE Global"a verdiyi müsahibədə bildirib.

"Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz tədarük edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Siyahıya son qoşulanlar Avstriya və Almaniya olub. "Gözləmə siyahısı"nda xeyli sayda ölkə var ki, onlar da enerji mənbələri portfelini Azərbaycan qazı hesabına şaxələndirməyə çalışırlar.

Enerji keçidi kontekstində nəyi müzakirə etməyimizdən asılı olmayaraq - bu, şübhəsiz ki, çox vacibdir - Prezident İlham Əliyevin vurğuladığı kimi çox praqmatik, realist olmalıyıq.

Xoşbəxtlikdən, ya da təəssüf ki, fosil yanacaq hələ bir müddət bizimlə qalacaq və ən azı təbii qaz illər boyu keçid yanacağı rolunu qoruyacaq. Məhz buna görə bizim üçün vacib məqam odur ki, alternativ enerji mənbəyi kimi bizə etibar etmək olar.

Amma söhbət yalnız fosil yanacaqdan getmir. Biz getdikcə daha çox yaşıl enerji barədə danışırıq.

Azərbaycan bərpa olunan enerji mənbələrinə və elektroenergetikaya fəal investisiya yatırır. Biz gözləyirik ki, 2035-ci ilə qədər milli enerji sistemimizdə bərpa olunan mənbələrin payı təxminən 42% təşkil edəcək - bu, çox mühüm göstəricidir.

Günəş və külək enerjisi sahəsində böyük potensialımız var. Daxili istehlak üçün istifadə etdiyimiz təbii qazın bir hissəsini əvəzləyərək, biz daha çox ölkəyə ixrac üçün əlavə həcmlər yaratmaq istəyirik. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında iştirakçı kimi rolu da məhz bundan ibarətdir", - deyə Əmirbəyov qeyd edib.

Prezidentin nümayəndəsi vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi infrastruktur əlaqəliliyi olmadan mənasızdır:

"Məhz buna görə energetika nəqliyyat əlaqəliliyi ilə birlikdə Cənubi Qafqazı getdikcə daha strateji bölgəyə çevirir. Avropaya baxsaq - o da yeni bazarlar və yeni enerji mənbələri axtarışındadır, zəngin resursları ilə tanınan Mərkəzi Asiyaya çıxış isə məhz Cənubi Qafqaz vasitəsilə təmin olunur".

O bildirib ki, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın hərəkətverici qüvvələridir, lakin bu bölgəyə Avropadan çıxış Cənubi Qafqaz vasitəsilə keçir ki, bu da bölgənin və xüsusilə Azərbaycanın - həm istehsalçı ölkə, həm də tranzit dövləti kimi - geoiqtisadi və geosiyasi əhəmiyyətini izah edir.

Əmirbəyov deyib ki, Azərbaycanın neft-qaz şirkəti - SOCAR beynəlxalq arenada getdikcə daha fəal şəkildə təmsil olunur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 536   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışd

21 noyabr
.

Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca böyük uğurdur v

21 noyabr
.

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun

20 noyabr
.

Prezident Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub

20 noyabr
.

"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video

Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar

21 noyabr
.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"

21 noyabr
.

Prezident və xanımını belə yola saldılar - Video

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevan

21 noyabr
.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Diplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçü

20 noyabr