Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdıMüğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Mübariz Məmmədov tərəfindən vəsatətlər təqdim olunub.

O, cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işə yenidən baxılması ilə bağlı prokurora qaytarılması barədə vəsatət versə də, hakimlər vəsatəti təmin etməyiblər.

Daha sonra Mübariz Məmmədov sərbəst ifadəsi zamanı bildirib ki, barəsindəki ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında verilib:

"Həmin ərizədən sonra istintaqa dəvət olunmuşam, şübhəli şəxs qismində cəlb olunmuşam. Məndən şirkətimin möhürünü tələb ediblər. Bunu da Sakit Məmmədov edib. Mən də bunu verməmişəm. Sakit Məmmədovun sifarişi ilə məni həbs ediblər".

Təqsirləndirilən şəxs deyib ki, Könül Kərimovaya aid olduğu deyilən mənzil isə onun özünə məxsus olub:

"Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, həmin mənzil də saxta müqavilə ilə ona verilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma olub, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd isə mənim adıma olan müqavilədir".

Təqsirləndirilən şəxs bildirib ki, 10 mənzil, iki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə əvvəlki dövrdə vəsatət verib:

"Bildirim ki, mənə aid həmin mülklərin üzərinə həbs qoyulsun, mənim təqsirim sübuta yetirilsə, həmin mülklər satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilsin. Amma bu vəsatətim təmin olunmadı. Həmin mülklər Sakit Məmmədov tərəfindən saxta sənədlər düzəldilərək satıldı".

Növbəti proses oktyabrın 7-də davam edəcək.

İstintaq sənədlərinə görə, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 48 ünvanındakı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

İstintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "ARAZ T.İ" MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili "ARAZ T.İ" MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüzminlərlə manatlıq "hüquqi xidmət" vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova "Konstra" MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1429   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29 oktyabr
.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29 oktyabr
.

"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

10 noyabr
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

7 noyabr
.

Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır

Rusiyanın Xalq artisti Larisa Dolina səhhətini bərpa etmək və yeni musiqi proqramı hazırlamaq məqsədilə konsert fəaliyyətinə təxminən bir il müddətinə fasilə verməyi planlaşdırır. TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə açıqlama verib. İfaçının sözlərinə görə, planlaşdırılan yeniliklər il

15 noyabr
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29 oktyabr
.

Sevda Əliqızının "Telegram" hesabı oğurlandı - Müğənnidən xəbərdarlıq

Müğənni Sevda Əliqızının "Telegram" profili naməlum şəxslər tərəfindən ələ keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. O, kontakt siyahısında olan həmkarlarını diqqətli olmağa çağıraraq, adından pul və ya başqa tələblərlə müraciət edilə biləcəyini bildirib:

12 noyabr
.

Kanye Uest məhkəməyə verildi

Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbu

15 noyabr
.

Sərxan Kərəmoğlu 25 il əvvəl özünə hazırlatdırdığı qəbri göstərdi

Aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verri ki, o şəxsi instaqram hesabında 25 il əvvəl özünə qəbir hazırlatdırdığını bildirib:. "O biri tərəfin evini 25 il qabaq hazırlamışdım. Allah 25 il sonra bir də təmir etdirməyi özümə nəsib etsin! Zarafat bir yana, Allahda

11 noyabr