Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTORusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumatlara əsasən, bu iş üzrə onunla birlikdə 33 yaşlı daha bir şəxsin də adı keçir. Onlar tamah məqsədilə və zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğunda ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi).

Kamensk-Uralsk şəhərinin Sinarsk Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şübhəlini istintaq təcridxanasına göndərib.

Xatırladaq ki, Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 avqust 2024-cü ildə cəzaçəkmə müəssisəsindən buraxılıb. Son vaxtlar Beloyarsk rayonunda yaşayıb. Tiqranın mühakimə olunduğu qətl hadisəsi böyük səs-küyə səbəb olmuşdu.

İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni idmançı Alpinistlər küçəsindəki "U Saşi" kafesində vaxt keçirirmiş. Eyni məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub. Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib. Bu zaman Tiqran rəqibinin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində azərbaycanlı futbolçu həyatını itirib. Tiqranın qardaşı Andranik Çiçakyan isə həmin insidentdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, dava zamanı onun alın sümüyü sındırılmışdı. Andranik 2017-ci ildə quldurluq və sağlamlığa ağır zərər vurma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İki il sonra yenidən quldurluq edərkən yaxalanıb və buna görə üç il müddətinə koloniyaya göndərilib. Tiqran özü azərbaycanlı futbolçunun qətlində günahını heç vaxt etiraf etməyib.

Xəbərdə bildirilir ki, Emil Hüseynov Azərbaycanda kifayət qədər tanınmış futbolçu olub. Onun karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" klublarının formasını geyindiyi vurğulanır. 2011-ci ildə peşəkar futbolla vidalaşan idmançının qohumunun biznesinə kömək etmək məqsədilə Yekaterinburqa köçdüyü bildirilir.
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTOAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTOAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTOAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTOAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTOAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1014   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021