Marsdakı iqlim kimi: Yerdəki ən quraq səhra barədə gözlənilməz kəşf
Yeni araşdırmaya əsasən, Çilinin şimalında yerləşən Atakama səhrasında ekstremal quraqlıq elm ictimaiyyətinin əvvəl düşündüyündən on milyonlarla il daha erkən başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Earth" nəşri yazır.
Uzun müddət belə hesab olunurdu ki, Atakama indiki ultraquraq iqlimini təxminən 23 milyon il əvvəl qazanıb. Bu fikir iki əsas geoloji hadisə ilə əlaqələndirilirdi: And dağlarının yüksəlməsi (rütubətin şərqdən gəlməsini bloklayıb) və Sakit okeanda Humboldt soyuq axınının formalaşması (yağıntını azaldıb).
Lakin Köln Universitetindən geoloq Benedikt Ritter-Prinsin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu nəzəriyyəni şübhə altına alan yeni məlumatlar əldə edib.
Alimlər səhranın mərkəzi hissəsindəki kvars çınqıllarını araşdırıblar. Bu daşlar kosmik şüaların təsiri ilə yaranan nadir neon-21 izotopunu saxlayır. Süxur nə qədər uzun müddət səthdə yağış, eroziya və ya sürüşmələr olmadan qalırsa, bir o qədər çox neon toplanır.
Nəticələr gözlənilməz olub. Bir çox nümunə 20-40 milyon il səthdə qalıb, bəziləri isə daha da qədimdir. Bir çınqılın yaşı təxminən 62 milyon il müəyyən edilib ki, bu da dinozavrların yox olmasından sonrakı dövrə təsadüf edir.
Tədqiqatçılara görə, bu məlumatlar bölgədə ekstremal quraqlığın eosen dövründə (təxminən 34 milyon il əvvəl başa çatıb) belə mövcud ola biləcəyini göstərir. Bu isə səhranın formalaşması ilə bağlı qəbul edilmiş tarixdən xeyli əvvəldir.
Müəlliflər həmçinin çınqılların And dağlarının yüksək ərazilərindən gətirilməsi ehtimalını da istisna ediblər. Geoloji hesablamalar göstərib ki, bu süxurlar milyon illər boyu səhranın daxilində qalıb.
Alimlər ehtimal edirlər ki, quraqlığın əsas səbəbi yerli geoloji proseslər deyil, qlobal iqlim dəyişikliyi olub. Təxminən 50 milyon il əvvəl Yer kürəsi tədricən soyumağa başlayıb və bu, yağıntıların paylanmasını dəyişərək quraq zonaların genişlənməsinə səbəb olub.
Tədqiqatçılar hesab edirlər ki, And dağlarının yüksəlməsi və Humboldt axını artıq mövcud olan quraqlığı gücləndirib, lakin onun əsas səbəbi olmayıb.
Bu kəşf Yer kürəsində səhraların yaranma mexanizmləri ilə bağlı elmi anlayışları dəyişə bilər. Bundan əlavə, Atakama Mars üçün əsas təbii analoqlardan biri sayılır. Onun ekstremal quru torpaqları alimlərə Mars şəraitinə maksimum yaxın mühitdə həyatın sərhədlərini öyrənməyə imkan verir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 714 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrGTA VI-nı dünyada ilk onlar oynadılar
Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara
19 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabrEstoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb
Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl
21 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabr