Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandıKalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.

Qaynarinfo "Discover Wildlife" nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath" (Əjdahanın Nəfəsi) mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.

Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.

Mağara 1986-cı ildə Cənubi Afrikalı tədqiqatçı Rocer Ellis tərəfindən kəşf edilib. Bir il sonra o, speleoloqlar və dalğıclarla birlikdə ekspedisiya təşkil edib və təxminən 2 hektar sahəsi olan yeraltı gölü araşdırıb.

2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə "Stone Aerospace" şirkəti süni intellektlə təchiz olunmuş "Sunfish" adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsini hazırlayıb və gölün dərinliyinin 264 metrə çatdığını müəyyən edib.

Bu mağaradakı xüsusi şərait - günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur - burada unikal canlıların formalaşmasına səbəb olub.

Onlar arasında kor qızılı mağara balığı (Clarias cavernicola) və ağ kor krevetlər (Trogloleleupia dracospiritus) var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların guanosu ilə qidalanırlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 835   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021