Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMAKirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətində qalırlar. Xüsusilə, kirayəçinin məhkəmə qərarı olmadan evdən çıxarılması, qıfılların dəyişdirilməsi və şəxsi əşyalarının mənzildən çıxarılması kimi addımlar hüquqi mübahisələrə səbəb ola bilər.

Bəs, kirayəçi evi könüllü şəkildə boşaltmaqdan imtina edərsə, ev sahibi hansı hüquqi addımları ata bilər? Belə vəziyyətdə məhkəməyə müraciət hansı qaydada həyata keçirilir və mülkiyyətçi kirayəçinin qanunsuz şəkildə mənzildə qalmasının qarşısını necə ala bilər?
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, kirayəçinin mənzili könüllü şəkildə boşaltmaqdan imtina etməsi ev sahibinin mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratsa da, bu vəziyyət ev sahibinə özbaşına hərəkət etmək hüququ vermir.

"Azərbaycan qanunvericiliyinə əsasən, ilk növbədə kirayə müqaviləsinin şərtləri, qüvvədə olma müddəti və ona xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilməlidir. Müqaviləyə qanuni qaydada xitam verildikdən sonra kirayəçiyə mənzili boşaltması ilə bağlı rəsmi bildiriş təqdim olunmalıdır.

Əgər kirayəçi buna baxmayaraq mənzili tərk etmirsə, ev sahibi məhkəməyə müraciət edərək onun mənzildən çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən, müvafiq hüquqi əsaslar mövcud olduqda və şəxs mənzili könüllü boşaltmadıqda, çıxarılma məhkəmə qərarı əsasında həyata keçirilir.

Burada xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, ev sahibi qapının kilidini dəyişmək, kirayəçinin əşyalarını mənzildən çıxarmaq, kommunal xidmətləri dayandırmaq və ya digər özbaşına üsullarla onu evdən uzaqlaşdırmaq yoluna getməməlidir. Məcburi çıxarılma qanuni icra proseduru çərçivəsində həyata keçirilməlidir.

Nəticə etibarilə, mülkiyyət hüququ ev sahibinə mənzil üzərində sərəncam vermək imkanı yaradır, lakin bu hüququn həyata keçirilməsi qanunçuluq və məhkəmə müdafiəsi prinsiplərinə uyğun olmalıdır. Ən düzgün yanaşma emosional və inzibati təzyiq deyil, müqavilə öhdəliklərinə, hüquqi prosedurlara və məhkəmə müdafiəsinə əsaslanan addımlardır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 415   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli

"Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik məfkurəsini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideologiya Azərbaycan xalqının vahid milli amal ətrafında birləşməsini, dövlətə sədaqətini

16 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr