"Rigs" otelində 2000 manatlıq oğurluq
Bakıda fəaliyyət göstərərn "Rigs" otelində oğurluq hadisəsi baş verib.
Oteldə gecələyən turistlərdən birinin 2000 manatı oğurlanıb.
Zərəçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs isə məhkəmədə ittihamla qismən razılaşıb və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, həmin gecə dostu ilə birlikdə "Rich Life" klubunda olduqlarını, daha sonra isə tanış olduqları şəxslərlə "Rigs" otelinə getdiklərini bildirib. Müəttəhimin sözlərinə görə, o, götürdüyü məbləğin bir hissəsini xərclədiyini, qalan hissəsini isə geri qaytarmaq niyyətində olduğunu deyib.
Zərərçəkmiş şəxs Y.İ. ifadəsində Bakıya turist kimi gəldiyini, həmin gecə klubda tanış olduğu şəxslərlə birlikdə otelə getdiyini və daha sonra cibində olan 2000 manat pulun itdiyini bildirib. O, pulun oğurlandığını müəyyən edərək hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.
Digər şahidlərin ifadələrinə əsasən, tərəflər həmin gecə birlikdə "Rigs" otelində olublar və hadisələr eyni zaman kəsiyində baş verib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun müxtəlif vaxtlarda tutulduğu müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 8 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb./Xalq.online
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 449 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabr