Cənubi Qaqazın 4 illik sirri açıldı - "Ölülərdən gələn mesajlar"
Arxeoloqlar Gürcüstan ərazisində yerləşən qədim kurqanlarda tapılan sirli oyma təsvirləri yenidən təhlil edərək belə nəticəyə gəliblər ki, bəzi simvollar təkcə ritual təsvirlər deyil, həm də dəfn tikililərinin inşası ilə bağlı qeydlər ola bilər.
Qaynarinfo xəbər verir ki, "Indian Defence Review" yazır.
Araşdırmanın nəticələri təxminən 4000 il əvvəl Cənubi Qafqazda yaşamış Orta Tunc dövrü icmalarının həyatına yeni işıq salır. Söhbət Zurtaketi bölgəsindəki kurqanlardan gedir. Bu abidələr XX əsrin ortalarında tədqiq olunub və qazıntılar zamanı dəfn kameralarına və keçidlərə yerləşdirilmiş yüzlərlə həkk olunmuş daş lövhə aşkar edilib.
Yeni analizlər göstərib ki, bu təsvirlər Cənubi Qafqazda 1500 ildən çox davam etmiş meqalitik incəsənət ənənəsinin bir hissəsidir.
Qədim ustaların təsvir etdiyi nə idi?
Lövhələr üzərində müxtəlif simvol və rəsmlər aşkarlanıb:
* ziqzaqlar, üçbucaqlar və spirallar;
* torşəkilli həndəsi naxışlar;
* maral və digər heyvan fiqurları;
* ev və ya daxmaların sxematik təsvirləri.
Alimlər bu motivlərin ritual və ya simvolik məna daşıdığını və Tunc dövrü insanların inancları ilə bağlı olduğunu güman edirlər.
Qədim işarələr "uçot qeydləri" ola bilər
Tədqiqatçıların diqqətini xüsusilə sayma nişanlarına bənzəyən xətlər çəkib.
Arxeoloq Levan Losaberidze bildirir ki, bu işarələr ayrı-ayrı ailələrin və ya qrupların kurqan tikintisinə verdiyi töhfəni qeyd etmək üçün istifadə oluna bilərdi. Əgər bu fərziyyə təsdiqlənsə, bu tapıntılar regionda kollektiv əməyin ən qədim uçot nümunələrindən biri sayıla bilər.
Qravürlər Ttrialeti mədəniyyəti ilə əlaqələndirilir. Bu mədəniyyət təxminən e.ə. 2000-1700-cü illərdə mövcud olub və mürəkkəb dəfn tikililəri, eləcə də yüksək səviyyəli metal emalı ilə tanınır.
Tədqiqatçılar oxşar motivlərin müasir Ermənistan və Azərbaycan ərazilərində də tapıldığını bildirir ki, bu da Cənubi Qafqazda ortaq mədəni ənənələrin geniş yayıldığını göstərir.
Alimlər vurğulayır ki, nəticələr hələ ilkin xarakter daşıyır. Qazıntı materiallarının böyük hissəsi itirildiyi üçün araşdırma əsasən arxiv foto və eskizlərə əsaslanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 714 Tarix: 12 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir
ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu
20 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrPezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını
21 noyabrABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi
19 noyabrBu ölkədə 6 günlük iş həftəsi ləğv edilir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr