Bu "kosmik maddə"nin bir çay qaşığı bütün insanlığın çəkisindən ağırdır

Bu "kosmik maddə"nin bir çay qaşığı bütün insanlığın çəkisindən ağırdırNeytron ulduzundan çıxan bir çay qaşığı maddə təxminən iki milyard ton ağırlığındadır ki, bu da bütün bəşəriyyətin ümumi çəkisindən üç-dörd dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily"qəzeti yazıb.

Neytron ulduzu - böyük kütləli ulduzun partlayışından sonra qalan çox sıx kosmik obyektdir. Astrofiziklərin məlumatına görə, Günəşdən 7-20 dəfə böyük ulduz yanacağını tükətdikdə, onun nüvəsi öz cazibə qüvvəsi altında sıxılaraq cəmi təxminən 20 kilometr diametrli bir kürəyə çevrilir.

Bu qədər kiçik ölçüyə baxmayaraq, onun içində Günəşdən təxminən iki dəfə böyük kütlə toplanır.

Müqayisə üçün, Yer üzündə yaşayan təxminən 8 milyard insanın orta çəkisi nəzərə alındıqda ümumi kütlə təxminən 0,5 milyard ton təşkil edir. Neytron ulduz maddəsinin bir çay qaşığı isə bunu dəfələrlə üstələyir.

NASA-nın NICER missiyasının baş tədqiqatçısı Keyt Qendronun sözlərinə görə, bu sıxlığı təsəvvür etmək üçün Everest dağını bir şəkər kubunun içinə sıxışdırmaq kifayətdir.

Normal maddədə atomların böyük hissəsi boşluqdan ibarətdir. Lakin neytron ulduzlarında həddindən artıq güclü cazibə qüvvəsi bu boşluğu aradan qaldırır və elektronlar protonlarla birləşərək yalnız neytronlardan ibarət son dərəcə sıx bir struktur yaradır.

Alimlər bildirirlər ki, belə maddəni Yerə gətirmək nəzəri olaraq belə mümkün deyil. Çünki güclü cazibə olmadan bu material dərhal parçalanar və çox böyük enerji buraxar.

İlk neytron ulduzu 1967-ci ildə Kembric Universitetinin aspirantı Jocelyn Bell Burnell tərəfindən təsadüfən kəşf edilib.

Bu günə qədər minlərlə belə obyekt aşkar edilib. 2017-ci ildə iki neytron ulduzunun toqquşması nəticəsində yaranan hadisə qısa müddətdə Yerdəki bütün ağır elementlərdən daha çox materialın yaranmasına səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 681   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşanın Baş naziri təcili müşavirə çağırıb

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini

20 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri

21 noyabr
.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Si Cinpin: Çin, Rusiya və ABŞ-ın İkinci Dünya müharibəsində qələbəsi dünyaya sülh gətirib

Çin Sədri Si Cinpin İkinci Dünya müharibəsində Çin, Rusiya və ABŞ-ın qələbəsinin bütün dünyada sülh və sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib. xəbər verir ki, Si Cinpin bu barədə Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfl

19 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib

Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç

21 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr