Vaşinqton "Anthropic"in ən yeni süni intellekt modellərini blokladı
Amerika Birləşmiş Ştatlar hökuməti "Anthropic" şirkətinə ən yeni və inkişaf etmiş "Fable 5" və "Mythos 5" süni intellekt modellərinin xarici istifadəçilər üçün əlçatanlığını məhdudlaşdırmağı göstəriş verib.
Oxu.Az xəbər verir ki, müəssisə yaranmış vəziyyətlə əlaqədar bütün istifadəçilərin sözügedən sistemlərə girişini dayandırmaq məcburiyyətində qaldığını bəyan edib.
"ABŞ rəhbərliyi milli təhlükəsizlik sahəsindəki səlahiyyətlərinə əsaslanaraq ixraca nəzarət üzrə direktiv dərc edib. Sənədə əsasən, həm ölkə daxilində, həm də xaricdə olan bütün əcnəbi vətəndaşların, o cümlədən "Anthropic"in xarici pasporta malik işçilərinin "Fable 5" və "Mythos 5"ə daxil olması qadağan edilməlidir. Bu təlimatın nəticəsi olaraq biz hər iki modeli bütün istifadəçilər üçün təcili surətdə söndürmək məcburiyyətindəyik", - deyə şirkətin rəsmi açıqlamasında qeyd olunur.
Məlumata görə, Amerikanın "Anthropic" şirkəti bu göstərişi iyunun 12-si axşam saatlarında əldə edib, eyni zamanda məktubda milli təhlükəsizliyə yaranan təhdidlərlə bağlı konkret heç bir məlumat yer almayıb. Müəssisə rəsmiləri bildiriblər ki, modellərin qoruyucu məhdudiyyətlərindən yan keçmə üsulunun aşkar edilməsi barədə hökumət yalnız şifahi şəkildə məlumat verib. Şirkət rəhbərliyin tələbini yerinə yetirdiyini xüsusi vurğulasa da, universal xarakter daşımayan bu məhdud boşluğun aşkar edilməsini yüz milyonlarla insanın istifadə etdiyi kommersiya tipli modelin geri çağırılması üçün əsaslı səbəb hesab etmir.
"Əgər bu cür yanaşma bütün sənayeyə tətbiq olunarsa, faktiki olaraq hər hansı yeni modelin işıq üzü görməsi prosesi dayanacaq", - deyə təşkilat xəbərdarlıq edib.
Qeyd edək ki, 2021-ci ildə "OpenAI"ın keçmiş əməkdaşları tərəfindən yaradılan "Anthropic" qısa müddət ərzində süni intellekt sistemlərinin hazırlanması sahəsində əsas oyunçulardan birinə çevrilib. Qurum özünü süni intellektin yaradıcısı kimi təqdim edir və neyron şəbəkələrinin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir. Şirkət "Claude" adlı ilk çat-botunu 2023-cü ilin mart ayında təqdim edib.
2026-cı ilin martında ABŞ-nin Hərb Nazirliyi "Anthropic"i "təchizat zənciri üçün təhlükə" elan edərək onunla işgüzar əlaqələri faktiki olaraq kəsib. Münaqişənin yaranmasına Pentaqonun müəssisənin süni intellekt məhsullarından bütün qanuni məqsədlər üçün istifadə etmək niyyəti səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 338 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabr