İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
İtaliyanın idman naziri Andrea Abodi FIFA prezidenti Canni İnfantino ilə əlaqə saxlamağı planlaşdırır. Buna səbəb qurum rəhbərinin ardıcıl olaraq artıq üçüncü dəfə dünya çempionatından kənarda qalan İtaliya yığması barədə ironiyalı açıqlaması olub.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı iyunun 13-də ANSA agentliyi yayıb.
İnfantino müsahibələrinin birində belə bir zarafat səsləndirib: "Əgər 64 komanda iştirak etsəydi, İtaliya yəqin ki, seçmə mərhələni adlaya bilərdi. Bəlkə də, iştirakçıların sayını 208-ə çatdırmaq lazımdır".
A.Abodi qeyd edib ki, İtaliya ilə Meksika arasındakı coğrafi uzaqlığı nəzərə alaraq, məsələni aydınlaşdırmaq üçün ən uyğun yol telefon zəngidir.
"Onun bu barədə şəxsi mövqeyini birbaşa özündən eşitmək mənim üçün maraqlıdır", - deyə nazir qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 264 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək
Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi
4 avqustEuronews: "Şimali Koreya Yaponiyanı hərbiləşməsinə görə hədələdi"
Şimali Koreya Yaponiyanın müdafiə qabiliyyətini gücləndirməsi və hərbi büdcəsini artırması fonunda sərt bəyanat yayıb. Pxenyan bildirib ki, Tokio bu siyasəti davam etdirərsə, buna qarşı "hərbi variantlar" da daxil olmaqla müxtəlif tədbirlər nəzərdən keçiriləcək. Euronews-a istinadən xəbər veri
5 avqustRusiya Zaporojyeni aviasiya bombaları ilə vurdu: Ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə növbəti hava zərbələri endirib. Reuters-ə istinadən xəbər verir ki, hücum zamanı Rusiya qüvvələri şəhərə səkkiz idarəolunan aviasiya bombası atıb. Məlumata görə, zərbələr nəticəsində 71 yaşlı qadın həyatını itirib, azı 31 nəfər yaralanıb. Yaralılar arasınd
4 avqustEfesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?
Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood i
4 avqustQara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
3 avqustİran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy
5 avqust