İnsanların cinayət xəbərlərinə göstərdiyi yüksək marağın psixoloji səbəbləri nədir? - AÇIQLAMA
Son illər cinayət xəbərləri sosial şəbəkələrdə və media platformalarında ən çox oxunan mövzular sırasında yer alır. Xüsusilə qəddar və ya müəmmalı hadisələr cəmiyyətin diqqətini daha çox cəlb edir.
Bəzən insanlar belə xəbərləri narahatlıqla izləsələr də, onları oxumaqdan və ya müzakirə etməkdən çəkinmirlər.
Bəs insanların cinayət xəbərlərinə göstərdiyi bu yüksək marağın psixoloji səbəbləri nədir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"İnsanların cinayət xəbərlərinə maraq göstərməsi insan beyninin təhlükələri əvvəlcədən müəyyənləşdirmək və onlardan qorunmaq instinkti ilə əlaqəlidir. İnsan beyni təhlükə yaradan hadisələrə adi xəbərlərdən daha çox diqqət ayırır. Bu, təkamül prosesindən gələn müdafiə mexanizmidir.
İnsanlar cinayət hadisələrini izləməklə özlərini həmin vəziyyətlə müqayisə edir və şüuraltı şəkildə "belə bir hadisə mənim başıma gəlsə nə edərdim?" sualına cavab axtarırlar. Bu səbəbdən xüsusilə müəmmalı və ya qeyri-adi cinayətlər daha çox maraq doğurur.
Psixoloq qeyd edir ki, bəzi hallarda bu maraq sadəcə təhlükəsizlik hissi ilə deyil, həm də insanın naməlum olanı anlamaq istəyindən qaynaqlanır. İnsanlar hadisənin səbəblərini, cinayəti törədən şəxsin motivlərini və nəticələrini öyrənməyə çalışırlar. Bu isə təbii maraq hissinin bir hissəsidir.
Davamlı olaraq zorakılıq və cinayət məzmunlu xəbərlərə məruz qalmaq insanlarda narahatlıq, qorxu və dünyanı daha təhlükəli yer kimi qəbul etmə hissini gücləndirə bilər. Buna görə də belə xəbərlərin izlənilməsində balansın qorunması vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 451 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
16 noyabrBakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız
16 noyabrMəktəblərdə payız tətili başladı
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind
16 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr