Xəstəxanaya sürücü düzəlmək istədi, dələduzluğun qurbanı oldu
Bakı şəhərində sürücü kimi işə düzəltmək adı ilə 8 min manatın ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs özgənin pulunu ələ keçirmək məqsədilə zərərçəkmişi aldadaraq müxtəlif vədlər verib.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi Gəncə şəhərində yerləşən xəstəxanalardan birində sürücü vəzifəsinə işə düzəldə biləcəyi barədə inandırıb. O, bu məqsədlə əvvəlcədən etibar qazanaraq məsələni "Tanışları vasitəsilə həll edəcəyini" bildirib və qarşı tərəfdən 8 000 manat tələb edib.
Hadisə 2024-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində baş verib. Zərərçəkmiş şəxslə görüş Xətai rayonunda, Vunq Tau küçəsində təşkil olunub. Pul vəsaiti həmin görüş zamanı təhvil verilib.
Məhkəmə ifadələrinə görə, təqsirləndirilən şəxs zərərçəkmişdə əminlik yaratmaq üçün üçün pulun "notarius vasitəsilə rəsmiləşdiriləcəyi" və "Səhiyyə Nazirliyində çalışan tanışı vasitəsilə işin həll olunacağı" kimi vədlər verib. O, vəsaiti aldıqdan sonra bir ay ərzində işə düzəlmə prosesinin həyata keçiriləcəyini bildirib.
Lakin istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs vəd etdiyi kimi hər hansı işə düzəltmə əməliyyatı aparmayıb və əldə etdiyi 8 000 manatı şəxsi ehtiyaclarına sərf edib.
Zərərçəkmiş bir müddət sonra məsələ ilə bağlı dəfələrlə əlaqə saxlayıb və pulun geri qaytarılmasını tələb edib. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək vəsaiti qaytarmaqdan yayınıb. İddialara görə, sonradan borcun 3 000 manatı hissə-hissə geri qaytarılıb.
Məhkəmədə müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ilkin mərhələdə işə düzəltmə imkanının olduğunu düşündüyünü, lakin sonradan vəsaiti başqa məqsədlərə xərclədiyini etiraf edib.
Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) üzrə təqsirli bilinib və ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 552 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr