Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir

Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmirDərnəgül ərazisində yerləşən "EuroHome" inşaat materialları bazarında baş verən son yanğın hadisəsi paytaxtda ticarət obyektlərində yanğın təhlükəsizliyi və sahibkarların illərdir həll olunmayan kompensasiya problemi məsələsini yenidən gündəmə gətirib.

Qaynarinfo Tiraj.az-a istinadən xəbər verir ki, hadisə fonunda 2019-cu və 2020-ci illərdə eyni bazarda baş vermiş yanğınlar da ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Həmin illərdə "EuroHome" bazarında qeydə alınan ardıcıl yanğınlar nəticəsində onlarla sahibkara ciddi maddi ziyan dəyib. Ticarət obyektlərinin bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb, bir çox icarədar isə uzun illər ərzində formalaşdırdığı biznesini itirdiyini bildirir. Sahibkarların sözlərinə görə, yanğınlar təkcə malların məhvi ilə nəticələnməyib, həm də onların bank kreditləri və borc öhdəliklərini ağırlaşdırıb.

Zərərçəkənlərin iddiasına görə, hadisələrdən sonra onlara kompensasiya ödəniləcəyi ilə bağlı müxtəlif səviyyələrdə vədlər verilib. Lakin illər keçməsinə baxmayaraq, bir qrup icarədarın hələ də kompensasiya ala bilmədiyi, prosesin isə qeyri-müəyyən səbəblərlə uzadıldığı bildirilir.

Zərərçəkən sahibkarlardan biri Rafiq Ocaqverdiyev bildirib ki, 2019-cu il yanğını zamanı onun obyektinə təxminən 200 min manatdan artıq ziyan dəyib. Onun sözlərinə görə, dəfələrlə rəsmi qurumlara müraciət etməsinə və görüşlərdə iştirak etməsinə baxmayaraq, məsələ bu günə qədər həll olunmayıb:

"Bizə açıq şəkildə deyilmişdi ki, kompensasiya veriləcək. Dövlət qurumlarında keçirilən görüşlərdə də bu məsələ gündəmdə olub. Amma 6 ildən çox vaxt keçməsinə baxmayaraq, mənə heç bir ödəniş edilməyib. Hər dəfə müxtəlif səbəblərlə proses uzadılıb", deyə o bildirib.

Ocaqverdiyev əlavə edib ki, kompensasiya problemi tək onunla məhdudlaşmır və bazarda eyni vəziyyətlə üzləşən digər icarədarların da olduğunu iddia edir.

"Orada tək mən deyiləm. Bir çox sahibkar var ki, illərdir ziyanını ala bilmir. Bəzilərinə ödəniş edildiyi deyilsə də, böyük bir hissə hələ də gözləyir. Hamı eyni problemdən əziyyət çəkir", deyə o qeyd edib.

Onun sözlərinə görə, yanğınların geniş miqyas almasının əsas səbəbi bazarda yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmaması ilə bağlı olub:

"Bu hadisələr bizim günahımız deyildi. Yanğın təhlükəsizliyi normal şəkildə təmin edilməmişdi. Ona görə də ziyan çox böyük oldu. Amma nəticədə bütün yük sahibkarların üzərinə düşdü".

İcarədar bildirib ki, kompensasiya məsələsinin illərlə həll olunmaması sahibkarları ciddi maliyyə böhranına salıb:

"İllərdir borc içindəyik. Kreditlər, icarə və digər öhdəliklər bizi sıxır. Bir çox sahibkar artıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyət dözülməz həddə çatıb".

Rafiq Ocaqverdiyev həmçinin iddia edir ki, məsələni ictimailəşdirdikdən sonra müxtəlif təzyiqlərlə üzləşib və hüquqi mübarizəni davam etdirmək niyyətindədir:

"Mənə qarşı şikayətlər edilib. Amma dediklərimin hamısının arxasındayam. Mənə dəymiş ziyanın ödənilməsini tələb edirəm və sona qədər mübarizə aparacağam".

Mediada yayılan iddialarda "EuroHome" ticarət mərkəzinin adı həm də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlaqələndirilir. Həmin iddialarda bazarın idarəçiliyi və ona bağlı biznes strukturlarının müxtəlif dövrlərdə geniş şəbəkə kimi formalaşdığı, eləcə də obyektlə bağlı qərarların təsir imkanlarına dair versiyaların ictimai müzakirələrdə yer aldığı qeyd olunur. Bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 495   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr