"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır.
Bunu Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
Parlamentin sədr müavini Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb:
"Qərbi Azərbaycan İcmasının əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsidir. İcma rəhbərliyi bu istiqamətdə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında fəal iş aparır. Hər bir qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququ var və bu, onların qanuni, tarixi və mənəvi haqqıdır. Çünki həmin torpaqlar bizim əzəli yurdlarımızdır".
"Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı strateji xarici siyasət kursunun həm humanitar, həm də hüquqi aspektlərini dəqiqliklə ehtiva edir", - bunu Sonxeber.az -a açıqlama verib:
"Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistan siyasi elitası və mediası tərəfindən bir "ərazi iddiası" kimi qələmə verilməsi cəhdləri, əslində, İrəvanın beynəlxalq hüququn fundamental prinsiplərini manipulyasiya etmək və özünün tarixi məsuliyyətindən qaçmaq istəyindən xəbər verir. Politoloji baxımdan yanaşdıqda, Qərbi Azərbaycan İcmasının fəaliyyəti və soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq tələbi klassik mənada bir dövlətin digərinə torpaq iddiası deyil, fərdlərin və kollektiv qrupların fundamental insan hüquqlarının bərpası mübarizəsidir.
Dünyanın istənilən demokratik hüquq sistemində və BMT-nin İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi, hər bir insanın doğulduğu, ata-baba yurdunun olduğu torpaqlara qayıtmaq, orada təhlükəsiz və ləyaqətli şəkildə yaşamaq hüququ var. Azərbaycan tərəfi bu məsələni tankla, topla deyil, məhz beynəlxalq hüquq müstəvisində, sülh və dialoq yolu ilə gündəmə gətirir. Rəsmi Bakının təklif etdiyi model regionda reinteqrasiya və birgəyaşayış fəlsəfəsinə söykənir: necə ki, Qarabağda erməni sakinlərin Azərbaycan qanunvericiliyi altında yaşaması üçün bütün şərait və hüquqi təminatlar təklif olunurdusa, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların da öz yurdlarına qayıdaraq Ermənistan qanunları çərçivəsində, lakin beynəlxalq zəmanətlə dinc yaşaması tamamilə qanunauyğundur. Bu mənada, Ermənistanın bu humanitar mövzunu "təhlükəsizlik təhdidi" kimi qələmə verməsi onun daxili cəmiyyətindəki ksenofobik (müxtəlifliyə dözümsüzlük) qorxulardan qaynaqlanır.
Ziyafət Əsgərovun Ermənistan konstitusiyası ilə bağlı toxunduğu məqam isə sülh prosesinin ən həlledici düyün nöqtəsidir. Ermənistanın mövcud Müstəqillik Bəyannaməsinə istinad edən konstitusiyasında Azərbaycana qarşı birbaşa ərazi iddiaları saxlanıldığı halda, İrəvanın Azərbaycanın humanitar qayıdış proqramını "ərazi iddiası" adlandırması dərin bir siyasi paradoksdur və riyakarlıqdır. Bir tərəfdə rəsmi sənədlərində qonşusunun torpağına iddia edən Ermənistan, digər tərəfdə isə yalnız öz vətəndaşlarının mənəvi və tarixi haqlarını müdafiə edən Azərbaycan var. İrəvanın vəd etdiyi konstitusiya referendumu sadəcə hüquqi prosedur deyil, həm də Ermənistan cəmiyyətinin sülhə nə dərəcədə hazır olub-olmadığının real imtahanı olacaq. Əgər Ermənistan regionda dayanıqlı sülh və yeni münasibətlər mərhələsi istəyirsə, ilk növbədə öz hüquqi bazasını revanşist elementlərdən təmizləməli və azərbaycanlıların qayıdış hüququna bir təhdid kimi deyil, regional barışığın mühüm bir komponenti kimi baxmağı öyrənməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu