ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər.
Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirir, ABŞ isə İranın Hörmüz boğazının açılması ilə bağlı tələblərini əsas problem kimi göstərir. Bu vəziyyət Yaxın Şərqdə gərginliyin davam edəcəyi və danışıqların taleyinin qeyri-müəyyən olaraq qalacağı ilə bağlı narahatlıqları artırır.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ və İran arasında razılaşmanın əldə olunmamasının əsas səbəbi tərəflərin qarşılıqlı güzəştə hazır olmamasıdır. Onun sözlərinə görə, Vaşinqton ilk növbədə İranın Hörmüz boğazında gəmiçilik üçün normal şərait yaratmasını və təhlükəsizlik məsələlərində konkret addımlar atmasını istəyir: "Tehran isə ABŞ-dan əvvəlcə müvəqqəti razılaşmaya qayıtmağı, İranın dondurulmuş aktivlərinin açılmasını və tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Reuters-in məlumatına görə, tərəflər arasında vasitəçilər üzərindən müəyyən mesajlaşmalar davam etsə də, razılaşmanın bərpası istiqamətində hazırda ciddi irəliləyiş yoxdur. Bu vəziyyət münaqişənin qısa müddətdə diplomatik yolla həll olunacağı ilə bağlı gözləntiləri zəiflədir.
Xüsusilə Hörmüz boğazının statusu məsələsi yalnız ABŞ-İran münasibətlərinə deyil, qlobal enerji bazarına da birbaşa təsir göstərir. Buna görə də tərəflərin danışıqlara qayıtması üçün qarşılıqlı etimadın bərpası və ilkin mərhələdə daha məhdud məsələlər üzrə razılaşmanın əldə olunması vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 877 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d
25 noyabrPrezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri
27 noyabrKəlbəcərin azad edilməsindən 6 il ötür
"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticəd
23 noyabrAzərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub. Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonard
23 noyabrPrezidentin Vyetnam səfərindən - Görüntülər
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
21 noyabrİlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23 noyabr