Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi
Türkiyə tarixində ilk dəfə olaraq NATO üzvü olan bir ölkənin Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi ixrac edib və Rumıniyaya "Cam. Roman" korvetini təhvil verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İstanbulda keçirilən təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər.
"Bu gün dənizçilik sənayemizin nailiyyətlərini, mühəndislik potensialımızı, eləcə də Türkiyə ilə Rumıniya arasındakı dostluğu bir daha təsdiqləmək üçün İstanbulda toplaşmışıq. Ölkələrimiz arasındakı çoxillik əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyur və "Cam. Roman" korvetini Rumıniya Hərbi Dəniz Qüvvələrinə qürurla təqdim edirik. Bu, tariximizdə NATO və Avropa İttifaqına üzv bir dövlətə həyata keçirilən ilk hərbi gəmi ixracıdır.
Dəniz minalarına qarşı mübarizə kimi sahələrdə Türkiyə, Rumıniya və Bolqarıstan arasında inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Ümid edirik ki, gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcək. Bu gün təhvil verdiyimiz gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, atəşin idarəetmə kompleksi, sonar sistemləri və yaxın mənzilli müdafiə silahları tamamilə yerli şirkətlərimiz tərəfindən istehsal olunub", - deyə Ərdoğan bildirib.
Mərasim çərçivəsində "Cam. Roman" korveti ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinə "Hisar" sinfinə aid "TCG Kochisar" patrul gəmisi də təhvil verilib.
Hər iki gəmi layihənin baş podratçısı olan Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Asfat" şirkəti tərəfindən ölkənin milli gəmiqayırma proqramı çərçivəsində inşa edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 314 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşamaq üçün ən ideal ölkə açıqlandı
2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib
4 avqustİnsan heç vaxt işıq sürəti ilə uça bilməyəcək: Fizika buna imkan vermir
İşıq sürətinə çatmaq elmi fantastikanın ən qədim arzularından biridir, lakin fizika bu məqsədə çatmağa heç bir imkan vermir. Qaynarinfo "SpaceDaily" nəşrinə istinadən xəbər verir ki, işıq sürəti ilə hərəkət etmək təkcə kütləsi olan hər hansı obyekt üçün çətin deyil, bu, ümumiyyətlə mümkün deyi
4 avqustİspaniyadakı miqrasiya böhranı Aİ-də fikir ayrılığına səbəb olub
İspaniyanın Şimali Afrikadakı Seuta anklavında baş verən miqrasiya böhranı Avropa İttifaqında sərhəd təhlükəsizliyi və miqrasiya siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Bir sıra Aİ ölkələri Madridin yanaşmasını tənqid edərkən, İspaniyanın Baş naziri Pedro Sançes Avropada həmrəyliyin yetərl
4 avqustABŞ Braziliya səfirinin vizasını ləğv etdi
ABŞ Dövlət Departamenti Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib və bu, iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. "Bu, Braziliyanın yeni ABŞ səfirinin təsdiqini təxirə salmaq və bir sır
5 avqustİspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
Son günlərdə sosial şəbəkələrdə avqustun 15-də miqrantların İspaniyanın Şimali Afrikadakı eksklavı Seuta şəhərinə yeni kütləvi axın cəhdi ilə bağlı çağırışlar yayılıb. "Qafqazinfo" "20 Minutos" nəşrinə istinadən xəbər verir ki, bu barədə Seuta hökumətinin nümayəndəsi Alexandro Ramire
5 avqustElm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
3 avqustİyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
3 avqust