"Oğlunuzun qəbrinə həsrət qalasınız" - MƏHKƏMƏDƏ DAVA

"Oğlunuzun qəbrinə həsrət qalasınız" - MƏHKƏMƏDƏ DAVABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Elmira Əliyevanın qızı Ə.A-nin ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

"2024-cü ilin noyabrında babamla nənəm Türkiyədə oxuyan bacıma baş çəkməyə getdilər, atam da onları aeroporta yola salmağa getdi. Mən qardaşım və anamla evdə qaldım. Həmin gün dərsə getməmişdim; hərdən belə edib dərslərimə evdə hazırlaşırdım. Bir neçə saatdan sonra atam qayıtdı. Atamdan icazə alıb nənəmgilə getdim. Həmin gün və səhər orada qaldım. Telefonum evdə qaldığından geri dönəndə atamı evdə görmədim. Anamdan soruşanda, dedi ki, atam tüfəngini də götürüb gedib. Deyib ki, əgər gec gəlsəm, anam və və qardaşımla nənəm Solmazgilə gedək. Babam Türkiyədən gələndən sonra evimizə qayıtdıq. Bir neçə gün geçdi, atamdan bir xəbər çıxmadı. Atamın itgin düşməsi ilə bağlı polisə müraciət olundu. Polisin məlumatına kimi onun anam tərəfindən öldürüldüyünü bilməmişəm. Bu hadisənin səbəbi kimi atamla anamın pis münasibətini bilirəm".

Məhkəmə zalında zərərçəkənin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Təqsirləndirilən Elmira Əliyeva "Oğlunuzun qəbrinə həsrət qalasınız" -deyə səslənib.

Şahid İ.S. E.Əliyevanın onun qızı olduğunu bildirib:

"Allaha ağır getməsin, amma Samir yaxşı adam deyildi. Həm cani idi, həm də oğru. Hadisədən sonra xəbər tutmuşam. Əvvəllər yaxşı münasibətdə olublar. Sonra təmiz dəyişdi: həm öz ata-anasına, həm də qızıma qarşı. Samir öz anası ilə o qədər pis münasibətdə idi ki, anası C deyirdi ki, "Gəlmə qəbrimin üstünə. Üç nəfər adam tutacam, aparıb məni xəndəyə tullasın". Deyirdim bir gün kimsə bunu öldürəcək. Qızımı ölümcül halda döyürdü. İstəyirdi bizim evə köçsün, qoymadım. Deyirdi "Axı day-day ( həyat yoldaşım) deyir ev sizindir. Dedim "Qoy biz ölək, sonra ev sənin olsun". Bunların ailəsi arı pətəyi kimi bir həyətdə olurdular; hamısı da cani, qatil. Dəfələrlə qızımı bədənindəki xəsarətlərə, sınıqlara görə xəstəxanaya aparmışam. Bir dəfə qızımın bişirdiyi yumurtanı bəyənməmişdi. Qızımı hədəf kimi qoyub yumurtaları silahla onun başında sındırmışdı. Atası Arif kişiyə dedim belə olmaz, bir çarə tapın. Anası deyirdi "Neyləyə bilərik, bu onun yoludur". Evdəkilərə vaxt, saatla yemək verirdi. Bir dəfə atası soyuducudan pendir götürmüşdü. Bunun üstündə az qala kişini boğurdu. Biz 9 aydan sonra C-nin dediyindən sonra Samirin ölümünü bilmişik".

Məhkəmə tərkibi təqsirləndirilənin azyaşlı oğlunu psixoloq müşayiəti ilə hadisə günü yeganə şahid kimi məhkəməyə dəvət etmək istəyib. Lakin təqsirləndirilən şəxs və zərərçəkənin hüquqi varisi uşağın həssas durumuna görə buna etiraz ediblər.

Növbəti proses 6 avqust saat 11:30-a təyin olunub.

Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 432   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Masajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO

Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira

29 sentyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr