Avropada rekord: Qitədə satılan hər on yeni avtomobildən biri Çin istehsalıdır
Çin Xalq Respublikasının (ÇXR) avtomobil markaları Avropa bazarında öz paylarını rekord səviyyəyə çatdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin may ayında Avropa ölkələrində satılan hər on yeni avtomobildən biri Çin istehsalı olub.
Nəşrin məlumatına görə, bu artımın əsas təkanverici qüvvəsi MG S9 krossoveri kimi hibrid və qoşulan (plug-in) hibrid avtomobillər olub. Yeni hibridlər seqmentində Çin brendləri ümumi satışların demək olar ki, dörddə birini ələ keçiriblər. Eyni zamanda, Çindən gətirilən tam elektrikli modellərə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.
Avropalı alıcılar zəngin təchizatı və Avropa analoqları ilə müqayisədə daha əlçatan qiymətləri səbəbindən getdikcə daha çox Çin avtomobillərinə üstünlük verirlər. Bu tendensiya "Volkswagen", "Stellantis" və "Renault" kimi yerli istehsalçılara ciddi təzyiq göstərir, çünki onlar hibrid seqmentində hələlik eyni dərəcədə sərfəli qiymət və texnologiya nisbətini təklif edə bilmirlər.
Çinin bazar payının bu cür böyüməsi, yerli avtomobil sənayesini qorumaq məqsədilə Avropa İttifaqında ÇXR-dən elektromobil idxalına əlavə rüsumların tətbiq olunması ehtimalı ətrafında davam edən müzakirələr fonunda baş verir. Buna baxmayaraq, may ayının göstəriciləri sübut edir ki, siyasi və ticari maneələrə rəğmən, Çin istehsalı olan yeni avtomobillərə maraq inamla artmaqda davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 925 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri
21 noyabrGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr