Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər
Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir.
1. Progeriya (Hətçinson-Gilford sindromu)
Progeriya vaxtından əvvəl qocalma ilə xarakterizə olunan çox nadir genetik xəstəlikdir.
Bu xəstəliklə doğulan uşaqlar sağlam görünsələr də, artıq 2 yaşından etibarən sürətlə qocalmağa başlayırlar. Onlarda saç tökülməsi, artrit, ateroskleroz və digər yaşlanma əlamətləri meydana çıxır. Təxminən 12-13 yaşına çatdıqda onların daxili orqanları 80 yaşlı insanın orqanları kimi fəaliyyət göstərir.
Hazırda dünyada bu xəstəlikdən əziyyət çəkən təxminən 100 nəfər var.
2. Fibrodisplaziya (Daş adam sindromu)
Bu xəstəlik zamanı əzələlər, vətərlər və bağlar tədricən sümük toxumasına çevrilir. Hətta kiçik zərbə və ya yıxılma belə yeni sümük toxumasının yaranmasına səbəb ola bilər. Buna görə də xəstələrin hərəkət imkanları zamanla ciddi şəkildə məhdudlaşır.
Dünyada təxminən 800 nəfər bu xəstəlikdən əziyyət çəkir.
3. Rayli-Day sindromu (Ailəvi dizautonomiya)
Bu nadir irsi xəstəlik sinir sistemini zədələyir. Xəstələrdə göz yaşı ifrazı olmur, ağrı hissi zəifləyir və ya tam itir, qan təzyiqi isə tez-tez dəyişir. Bu da gündəlik həyatda ciddi problemlər yaradır.
4. Kuru xəstəliyi ("Gülən ölüm")
Kuru xəstəliyi vaxtilə Papua-Yeni Qvineyada yaşayan və kannibalizm edən bəzi tayfalarda yayılmışdı.
Xəstəlik ölən insanların beyin toxumasının yeyilməsi nəticəsində ötürülürdü. Sinir sistemini zədələyən bu xəstəlik qeyri-iradi gülmə tutmaları, hərəkət pozğunluqları və sonda ölümlə nəticələnirdi.
5. Sirenomeliya ("Su pərisi sindromu")
Bu çox nadir anadangəlmə inkişaf qüsurunda körpənin ayaqları bir-birinə bitişik olur.
Xəstəlik "su pərisi sindromu" adını məhz bu görünüşə görə alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 357 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr