Tehran Vaşinqtonu razılaşmanı pozmaqda günahlandırdı

Tehran Vaşinqtonu razılaşmanı pozmaqda günahlandırdıİran Xarici İşlər Nazirliyi (XİN) bazar günü ABŞ-nin ölkənin cənub sahillərinə endirdiyi zərbələri qətiyyətlə pisləyən bəyanat yayıb.

Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İran XİN-in bəyanatında Vaşinqtonun "qəddar hücumları"nın Tehran və Vaşinqton arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumunda təsbit edilən atəşkəs rejimini pozduğu vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, bu hücumlar ABŞ rejiminin öz öhdəliklərinə zərrə qədər də əhəmiyyət vermədiyini göstərir və vədlərin pozulması bu rejimin mahiyyətinin bir hissəsidir.

"İran ABŞ-nin hərbi təcavüzünə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu vurğulayır", - deyə İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib. Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat İranın Hörmüz boğazında "kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə" cavab olaraq həyata keçirilib.

ABŞ hərbi aviasiyası İranın hərbi müşahidə infrastrukturu obyektlərini, rabitə sistemlərini, hava hücumundan müdafiə mövqelərini, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri və dəniz minalarının yerləşdirilməsi üçün istifadə olunan vasitələri hədəfə alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 132   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada rekord: Qitədə satılan hər on yeni avtomobildən biri Çin istehsalıdır

Çin Xalq Respublikasının (ÇXR) avtomobil markaları Avropa bazarında öz paylarını rekord səviyyəyə çatdırıblar. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin may ayında Avropa ölkələrində satılan hər on yeni avtomobildən biri Çin istehsalı olub. Nəşrin məlumatın

27 iyun
.

Fon der Lyayen: Aİ Livandakı vəziyyət fonunda 100 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Livan və Yaxın Şərqdəki vəziyyət fonunda məcburi köçkünlərə humanitar yardım göstərmək üçün 100 milyon avro ayırıb. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib. O, İsrail və Livan arasındak

28 iyun
.

Cənubi Koreyada keçmiş prezidentin həyat yoldaşına HÖKM OXUNDU

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Qon Hi dövlət vəzifəsinə təyinat müqabilində rüşvət almaq da daxil olmaqla, daha bir korrupsiya işi üzrə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib. Birinc

28 iyun
.

Tehran Vaşinqtonu razılaşmanı pozmaqda günahlandırdı

İran Xarici İşlər Nazirliyi (XİN) bazar günü ABŞ-nin ölkənin cənub sahillərinə endirdiyi zərbələri qətiyyətlə pisləyən bəyanat yayıb. "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İran XİN-in bəyanatında Vaşinqtonun "qəddar hücumları"nın Tehran və Vaşinqton arasında əldə olunmu

28 iyun
.

İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

İran ABŞ ilə 40 günlük müharibə zamanı daha müasir silahlar yaradıb. "Report" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü və briqada general general-mayoru Əkrəmi Niya açıqlayıb. "Məsələn, müharibənin son günlərində yeni pilotsuz aparatlardan istifadə etdik və onları döyüş şəraitind

28 iyun
.

"Axios": Tramp ABŞ və Rusiyanın Ankoric razılaşmalarına yenidən baxılmasını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp "G7" sammiti çərçivəsində Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və ABŞ-nin istənilən sövdələşmə zamanı Rusiyanın Ukraynanın Donbas bölgəsinə nəzarət etmək tələbini qəbul etdiyi Ankoric razılaşmalarına yenidən baxılması ehtimalını istisna etməyib

28 iyun
.

Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq

Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneld

28 iyun
.

Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi

Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər

28 iyun
.

İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb

"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq". xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib. "İsraill

28 iyun