"Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün də uğurla davam etdirilir" - Əli Məsimli

"Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün də uğurla davam etdirilir" - Əli MəsimliAzərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" keçirilir.İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində "Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi olub. Yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixinin qeyd edilməsi çox əlamətdar tarixi bir hadisədir.Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər.Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində düzənlənməsi Azərbaycanın Birinci Türkoloji Qurultayın irsinə ehtiramın və Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin, Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığının genişlənməsi və dərinləşməsi üçün mühüm əhəmiyyət daşıdığının bariz nümunəsi və təntənəsidir.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciəti səsləndirib.Müraciətdə bidirilir ki,"Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.Türk dünyasının ortaq mənəvi dəyərlərinin-dil,tarix,etnoqrafiya,ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi.Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu...Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular.Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.Əminliklə söyləyə bilərik ki,Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçılarına müraciətində 1926-cı il Bakı Qurultayının türk dünyasının ortaq tarixinin, dilinin və mədəni şüurunun formalaşmasında mühüm rol oynadığını bildirib.Türk dövlətləri arasında institusional əməkdaşlığın gündən-günə dərinləşdiyinə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan, Türk Əsrinin qədim keçmişdən qaynaqlanan güclə qurulacağını vurğulayıb.Türkiyə Pezidenti Azərbaycanın türk dünyasının ortaq məqsədlərinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciətində Birinci Türkoloji Qurultayın bütün türk dünyası üçün əhəmiyyətli tarixi hadisə olduğu və qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrildiyi qeyd olunub. Bir əsr əvvəl irəli sürülən ideyaların bu gün də aktuallığını itirmədiyi bildirilib. Qurultay ortaq dil, tarix, mədəniyyət və elmi əməkdaşlığın inkişafına güclü təkan verərək gələcək birlik üçün möhkəm zəmin yaradıb.Belə mürəkkəb və dəyişkən dövrdə ortaq mənəvi irsin qorunmasının və hərtərəfli araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.Alimlər arasında əməkdaşlığın və mədəni-humanitar tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müraciətində Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və ictimai həyatında yeni bir dövrün əsasını qoyan tarixi hadisə adlandırıb.Həmin dövrdə qurultayda Özbəkistan ziyalılarının fəal iştirakının onlar üçün qürur mənbəyi olduğunu bildirib. Gələcək əməkdaşlıq kontekstində süni intellektin tətbiqi, ortaq məlumat bazalarının yaradılması və "Türk Dünyası Maarifçiləri" adlı beynəlxalq elmi layihənin təsis edilməsini təklif edib.

Qırğızıstan Prezidenti Sadır Japarovun müraciətində Birinci Türkoloji Qurultayın türk xalqlarının inteqrasiyasına və mədəni birliyinə verdiyi tarixi töhfələr vurğulanıb. 100 il əvvəl Bakıda "dildə, fikirdə və işdə birlik" şüarı ilə türk dünyasının intellektual dirçəlişinin əsasının qoyulduğunu qeyd edib. Mürəkkəb geosiyasi şəraitə baxmayaraq, qurultayda türk dilləri, terminologiya və orfoqrafiya məsələlərinin müzakirə edilməsi və qəbul edilən qərarların xalqların inteqrasiyasına verdiyi töhfə xüsusi vurğulayıb.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində keçirilən tədbirlər və müzakirə olunan mələlərin dairəsi,məzmun,mahiyyət və əsas qayəsi göstərir ki,bir əsr əvvəl irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib. Böyük mütəfəkkir İsmayıl Qaspıralının türk xalqlarının milli oyanışı, mədəni inteqrasiyası və həmrəyliyinin əsasını qoyan tarixi manifestə çevrilmiş "dildə, fikirdə və işdə birlik" ideyası öz aktuallığını bu gün də saxlayır.Bu ideya təkcə İsmayıl Qaspıralının yaşadığı dövrdə deyil, müasir dövrdə də Türk dünyasının inteqrasiyasını,o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) əsas fəaliyyət prinsiplərini istiqamətləndirən mühüm siyasi-mədəni qayə olmaqda davam edir. Türk xalqlarının bir-birini asanlıqla başa düşə biləcəyi ortaq ünsiyyət dili-ümumtürk ədəbi dilinin yaradılması istiqamətində səylər artır.Türk dünyasının ortaq dəyərlər, tarix və mədəniyyət əsasında aydın milli məfkurəyə sahib olması istiqamətində məqsədyönlü fəaliyyət dünyada gedən proseslərin məntiqini,reallıları,yeni çağırışları da nəzərə almaqla getdikcə vüsətlənir.Türk Dövlətləri Təşkilatı öz fəaliyyətində daha geniş anlamda nəzəriyyədən praktikaya keçərək, türk xalqlarının iqtisadi, siyasi və mədəni sahələrdə birgə əməli addımlar atmasına töhfəsini ildən-ilə artırır.

Ortaq dil, tarix, mədəniyyət-geniş anlamda tərəqqinin,eləcə də müasir dünyanın aparıcı amilinə çevrilən elmi-texniki əməkdaşlığın inkişafına güclü təkan verərən birlik üçün möhkəm zəmindir.Milli dəyərlər sistemimizi,böyük hərflərlə yazılan mədəni,intellektual potensilımızın dolğun şəkildə reallaşmasının,elmi,texniki, texnoloji, sosial-iqtisadi inkişafımızın sürətləndirici və hərtərəfli tərəqqi amilinə,eləcə də əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundakı uğurlarımızın və bu əsasda Türk Əsrinin qərarlaşmasının optimal yolu-dildə, fikirdə və işdə gerçək birlikdən keçir. Köhnə dünya düzəninin sürətlə dağıldığı və yeni dünya düzəninin formalaşmasının çox müraəkkəb, dəyişkən,xaotik və qeyri-müəyyənlik mərhələsinin yaşadığımız hazırkı dönəmin çağırışlarına yalnız bu yolla,yəni milli dəyərlər sistemimizi,mədəni potensilımızı elmi,texniki, texnoloji, sosial-iqtisadi inkişafımızın sürətləndirici amilinə çevirməklə dolğun cavab vermək olar.Yapon xalqı zamnaında milli dəyərlər sistemini,mədəni potensialı sosial-iqtisadi,texnoloji və sair sahələrdə hərtərəfli inkişafın sürətləndirilməsinin əsas amilinə çox uğurla çevirə bildi...Onun ardınca cənubi koreyalı da bunu edə bildi...Xeyli müddətdir çin xalqı da bunu edir...Dünyada gedən proseslər,tarixi şəraitin yaratdığı fürsətlər və sair diqtə edir ki,indi də bizim şanslı zamanımızdır və zəngin keçmişə,qədim irsə malik türk xalqlarının dəyərlər sistemi və mədəni potensialından qaynaqlanan amilləri optimal variantda işə salmaqla, zamanında yaponun,koreyalının,çinlinin edə bildiyini biz də edə bilərik.

Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir.Türk Dövlətləri Təşkilatının müəyyənləşdirdiyi hədəflərTürk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir.Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq, türk dünyasında yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək və gələcək nəsillər üçün dəyərli irs yaradacaqdır.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 832   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr