113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndi

113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndiTürkiyənin Isparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Məkanında 113 il əvvəl aparılan qazıntılar zamanı aşkarlanan və uzun illər müxtəlif ehtimallarla əlaqələndirilən qədim məbədin sirrinə aydınlıq gətirilib. Son araşdırmalar nəticəsində tikilinin Hekate ilahəsinə aid olduğu elmi şəkildə təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, qazıntı işlərinin rəhbəri, Mehmet Özhanlı bildirib ki, bu kəşf Anadolu arxeologiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Gemen dağında, Ay tanrısı Menin şərəfinə salınmış müqəddəs məkanda 1912-1913-cü illərdə aparılan qazıntılar zamanı kiçik məbəd aşkarlanmışdı. Həmin dövrdə tikilinin qədim yunan mifologiyasında əkinçilik, bərəkət və məhsuldarlıq ilahəsi hesab olunan Demeteryə aid ola biləcəyi güman edilsə də, bu fikir heç vaxt tam təsdiqlənməmişdi. Buna görə də tikili uzun illər "Kiçik məbəd" adı ilə tanınıb.

113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndiSon illərdə aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan heykəlciklər və relyeflər isə məbədin Hekate kultuna məxsus olduğunu ortaya qoyub.

Mehmet Özhanlı bildirib ki, həm əvvəlki qazıntılar, həm də son tədqiqatlar zamanı Hekate təsvirlərinin tapılması, eləcə də məbədin Ay tanrısı Men kultu ilə əlaqəsi bu nəticəni təsdiqləyən əsas sübutlardır.

Arxeoloqun sözlərinə görə, Hekate qədim Anadolu mənşəli ilahələrdən biri hesab olunur. O, qədim yunan şairi Hesiodnin "Theogonia" əsərində də xatırlanır. Mifologiyada Hekate yerə, göyə və dənizə hökm edən, üç bədənli və üçbaşlı ilahə kimi təsvir edilir. O, həm Ayı, həm də Ayın qaranlıq tərəfini, ölüm və axirət aləmini simvolizə edir.

113 il əvvəl aşkar edilmiş məbədin sirri açıldı: Hekateyə aid olduğu təsdiqləndiMütəxəssislərin fikrincə, məhz buna görə Hekate məbədinin Men müqəddəs məkanında yerləşməsi Demeter kultundan daha məntiqli görünür.

Araşdırmalar zamanı əldə edilən digər tapıntılar da bu qənaəti gücləndirib. Belə ki, Pisidia Antiocheia qədim şəhəri ərazisində əvvəllər aşkar edilmiş iki qurbanlıq it məzarı Hekate kultunun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlardan biri hesab edilir. Mifologiyada Hekate yeraltı aləmin hakimi Hadesin məşhur iti Kerberosla əlaqələndirilir və itin onun müqəddəs heyvanı olduğu qəbul edilir.

Qazıntı rəhbərinin sözlərinə görə, məbədin əsas hissələri - giriş bölməsi, arxa hissəsi və müqəddəs otağı günümüzədək müəyyən dərəcədə qorunub. Burada ilahənin heykəlinin yerləşdiyi səkkizguşəli postament də aşkar edilib. Sonrakı dövrlərdə ərazinin xristianlaşdırılması zamanı tikili dağıdılıb, lakin onun memarlıq elementlərinin bir hissəsi qorunub saxlanılıb. Gələcəkdə həmin daşlardan istifadə edilməklə məbədin qismən bərpası planlaşdırılır.

Mehmet Özhanlı qeyd edib ki, hazırda Türkiyədə Hekate ilahəsinə aid olduğu dəqiq təsdiqlənmiş başqa məbəd məlum deyil. Onun fikrincə, bu kəşf Yalvaç və Antiocheia bölgəsinin turizm potensialının artmasına da mühüm töhfə verəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 660   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15 sentyabr
.

İndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır

İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə

14 sentyabr
.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib

Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə

16 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13 sentyabr