Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı

Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldıII Dünya müharibəsinin ən faciəli hadisələrindən biri ilə bağlı mühüm kəşf edilib. Uzun illər yanlış koordinatlar əsasında axtarılan, göyərtəsində minə yaxın müttəfiq hərbi əsir olan Yaponiyaya məxsus "Hofuku Maru" yük gəmisinin qalıqları Filippin sahillərində aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsi dövründə Yaponiya İmperiyası əsir götürdüyü müttəfiq hərbçiləri ağır sənaye müəssisələrində, mədənlərdə və hərbi tərsanələrdə məcburi əmək qüvvəsi kimi istifadə edirdi. Onların daşınması üçün yük gəmilərindən istifadə olunurdu.

Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldıLakin bu səfərlər tarixə "cəhənnəm gəmiləri" adı ilə düşüb. Əsirlər gəminin yük bölmələrində dözülməz isti, aclıq və sürətlə yayılan yoluxucu xəstəliklər şəraitində yaşamaq uğrunda mübarizə aparırdılar. Bir çoxu limana çatmamış həyatını itirir, sağ qalanları isə quruda məcburi əməyə cəlb olunurdu.

Belə səfərlərdən biri 1944-cü il sentyabrın 21-də faciə ilə nəticələnib. İşğal altındakı Manila limanından yola çıxan "Hōfuku Maru" müttəfiq qüvvələrinin torpedası ilə vurulub. Ağır zərbə alan gəmi cəmi üç dəqiqə ərzində batıb və yük bölmələrində kilidli vəziyyətdə qalan təxminən min britaniyalı və niderlandlı hərbi əsir həlak olub.

Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldıMüharibədən sonra uzun illər ərzində gəminin dəqiq yeri müəyyən edilə bilməmişdi. Tədqiqatçılar ABŞ və Yaponiya hərbi arxivlərindəki sənədləri müqayisə edərək müəyyən ediblər ki, gəmi rəsmi sənədlərdə göstərilən nöqtədən təxminən 48 kilometr aralıda batıb.

Xüsusilə Yaponiya konvoy qeydlərində hücum anına dair koordinatlar sualtı axtarış qrupuna düzgün istiqamət verib. Bundan sonra Filippinin Zambales bölgəsi sahillərində sonar vasitəsilə axtarış aparılıb və təxminən 50 metr dərinlikdə əvvəllər xəritələrdə qeyd olunmayan böyük gəmi qalıqları aşkarlanıb.

Dərinlikdə aparılan dalışlar zamanı gəminin qalıqları ilə yanaşı, yük bölmələrində həlak olmuş hərbi əsirlərə aid olduğu ehtimal edilən sümük qalıqları da aşkar edilib.

Dəniz arxeoloqları və sualtı görüntüləmə mütəxəssisləri batığın üçölçülü modelini hazırlayaraq onu gəminin orijinal layihə sənədləri ilə müqayisə ediblər. Gövdənin ölçüləri, torpedanın yaratdığı zədələr və batma şəraiti də daxil olmaqla bir sıra xüsusiyyətlər qalıqların məhz "Hōfuku Maru"ya aid olduğunu təsdiqləyib.

Tarixçilər bildirirlər ki, "cəhənnəm gəmiləri"ndə baş verən faciələr unudulmamalıdır. Gəminin tapılması prosesi və aparılan sualtı ekspedisiyalar barədə yaxın vaxtlarda "Discovery Channel" televiziya kanalında xüsusi sənədli filmin nümayiş etdirilməsi planlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1229   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını

21 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr