Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
BGR nəşrinin jurnalistləri bazara çıxarılmış ən qeyri-adi dizayna malik smartfonların siyahısını hazırlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Məqalə müəlliflərinin sözlərinə görə, siyahıya daxil edilən bütün smartfonlar "Android" əməliyyat sistemi əsasında fəaliyyət göstərir. Bu platforma istehsalçılara qeyri-adi ideyaları həyata keçirmək üçün daha geniş imkanlar yaradıb.
Ekspertlərin diqqət çəkdiyi ilk modellərdən biri ekranı 90 dərəcə fırlana bilən "LG Wing 5G" smartfonu olub. Jurnalistlərin fikrincə, bu model standart dizayn yanaşmalarına meydan oxuyur, motorlu açılan kamerası və qeyri-adi konstruksiyası ilə istifadəçilərə fərqli təcrübə təqdim edirdi.
Bundan başqa, 3D effektli displeyə malik "Amazon Fire Phone" modeli də xatırlanıb. Mütəxəssislərin fikrincə, bu smartfon yekunda istifadəçilər üçün praktik üstünlük yaratmayan əlavə kameralarla təchiz edilmiş uğursuz layihəyə çevrilmişdi.
İnteqrasiya olunmuş proyektora malik "Samsung Galaxy Beam i8530" modeli də siyahıda yer alıb.
Ekspertlər həmçinin daxili dayağı sayəsində masaüstü saat kimi də istifadə oluna bilən "Motorola Backflip" cihazını fərqləndiriblər.
Jurnalistlər sonda qeyd ediblər ki, bu qeyri-adi dizaynlı smartfonların hər biri texnoloji baxımdan maraq doğursa da, nəticədə kommersiya baxımından uğursuz olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1347 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr