Nadir kosmik teleskop Yerə düşür: NASA onu xilas etməyə çalışır

Nadir kosmik teleskop Yerə düşür: NASA onu xilas etməyə çalışırNASA 22 ilə yaxın müddətdə Yer orbitində fəaliyyət göstərən Swift kosmik teleskopunu xilas etmək üçün qeyri-adi missiyaya hazırlaşır.

Qaynarinfo xəbər verir ki, "Space.com"un məlumatına görə, agentlik aparatın orbitdən çıxaraq atmosferdə yanmasının qarşısını almaq məqsədilə təxminən 30 milyon dollar dəyərində əməliyyat həyata keçirməyi planlaşdırır.

Swift teleskopu 2004-cü ildə cəmi iki illik missiya kimi 250 milyon dollar dəyərində kosmosa göndərilmişdi. Lakin onun uğurlu fəaliyyəti səbəbilə missiya dəfələrlə uzadılıb və aparat astronomiya üçün mühüm alətlərdən birinə çevrilib.

Teleskop əsasən qamma partlayışlarını - kainatda baş verən ən güclü kosmik partlayışları müşahidə etmək üçün istifadə olunub. Onun əsas üstünlüyü isə kosmosda baş verən hadisələrə demək olar ki, dərhal yönələ bilməsidir.

Mütəxəssislərin sözlərinə görə, Swift-in müşahidələri kainatda qızıl və platin kimi ağır elementlərin yaranmasının güclü kosmik partlayışlarla əlaqəli olduğunu təsdiqləyib. 2022-ci ildə isə teleskop tarixdə qeydə alınan ən güclü qamma partlayışını aşkarlayıb və bu hadisə qeyri-rəsmi olaraq "BOAT" (Brightest Of All Time - bütün zamanların ən parlaqı) adlandırılıb.

Lakin Günəş aktivliyinin artması səbəbindən atmosfer müqaviməti gözləniləndən daha güclü olub və bu, aparatın orbitini sürətlə aşağı salıb. Əgər müdaxilə edilməsə, teleskop yaxın zamanda Yer atmosferinə daxil olaraq yanacaq.

NASA bu məqsədlə ABŞ-ın "Katalyst Space" şirkəti ilə əməkdaşlıq edir. Şirkət tərəfindən hazırlanmış "Link" adlı xidmət kosmik aparatı Swift-ə yaxınlaşaraq onu robot qollar vasitəsilə tutmalı və tədricən daha yüksək orbitə qaldırmalıdır.

Məlumata görə, bu missiya cəmi doqquz ay ərzində hazırlanıb ki, bu da kosmik sənaye üçün rekord sürət hesab olunur. Əgər əməliyyat uğurlu olarsa, bu, tarixdə ilk dəfə köhnə bir teleskopun xüsusi xidmət aparatı vasitəsilə daha yüksək orbitə qaldırılması olacaq.

Layihə rəhbəri Bred Tsenkonun sözlərinə görə, risklərə baxmayaraq bu cəhd elmi baxımdan tam əsaslıdır, çünki uğursuzluq halında belə Swift-in təbii şəkildə orbitdən çıxması qaçılmazdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 910   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə

15 sentyabr
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15 sentyabr
.

Almaniyada benzinin qiyməti rekord həddə çatıb

Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor

14 sentyabr
.

Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib. "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib. Buna səbəb "Meta"nın AB

13 sentyabr
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13 sentyabr
.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13 sentyabr
.

İslandiya balina ovunu birdəfəlik qadağan edə bilər

İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları

13 sentyabr
.

Körfəz dövlətləri ABŞ-ın etibarlılığını şübhə altına alır

Yaxın Şərqdəki münaqişə fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar. xəbər verir ki, ABŞ-ın münaqişəyə İsrail tərəfində girməsi, lakin nəticələrini aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqaləyə görə, Fars körfəz

15 sentyabr