Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
Astronomlar bildirirlər ki, süni işıq çirklənməsindən sonra indi də Yer orbitində sürətlə artan peyk sayı gecə səmasının müşahidəsini ciddi təhlükə altına salır.
Qaynarinfo xəbər verir ki, yeni elmi araşdırmaya görə, kommersiya peyklərinin yaratdığı təsir yaxın illərdə gecə səmasının görünüşünü geri dönüşü olmayan şəkildə dəyişə bilər.
Min illərdir insanların müşahidə etdiyi qaranlıq gecə səması orbitə yerləşdirilən minlərlə peyk səbəbindən əvvəlki görünüşünü itirmək təhlükəsi ilə üz-üzədir. Şəhərlərdə işıq çirklənməsi səbəbindən çətinliklə üzləşən astronomlar artıq Yerin ən ucqar bölgələrində belə ideal müşahidə şəraiti tapa bilmirlər.
Hazırda Yer orbitində 15 mindən çox obyekt mövcuddur və onların böyük hissəsini "Starlink" peykləri təşkil edir. "SpaceX" şirkətinin gələcəkdə bu sayını 1 milyona çatdırmaq planı elmi ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Mütəxəssislər hesab edirlər ki, teleskop müşahidələrinin keyfiyyətinə ciddi təsir göstərmədən orbitdə təxminən 100 min peykin olması mümkün ola bilər. Astronom Olivye Enonun sözlərinə görə, bu hədd aşılarsa, Çilidə yerləşən iri rəsədxanalar da daxil olmaqla bir çox elmi mərkəz topladıqları məlumatların əhəmiyyətli hissəsini itirmək riski ilə üzləşəcək.
Parlaq peyklər əlavə təhlükə yaradır
Problemi yalnız peyklərin sayı yaratmır. Onların parlaqlığı da astronomik müşahidələr üçün ciddi maneə hesab olunur. Həssas teleskop sistemlərinin səmərəli fəaliyyəti üçün peyklərin adi gözlə görünməyəcək qədər zəif parlaq olması tələb edilir.
Bununla belə, bəzi kommersiya layihələri əksinə, gecə saatlarında Günəş işığını Yerə əks etdirməyi hədəfləyir. "Reflect Orbital" şirkətinin planlaşdırdığı 50 min güzgülü peyk layihəsinin atmosferdə işığın səpələnməsi nəticəsində gecə səmasını böyük şəhər mərkəzi səviyyəsində işıqlandıra biləcəyi bildirilir.
Alimlərin hesablamalarına görə, təbii qaranlıq səviyyəsində cəmi 10 faizlik işıq artımı belə rəsədxanalar üçün qəbuledilməz hesab olunur. Halbuki bu cür layihələrin işıq çirklənməsini 300 faizə qədər artıra biləcəyi ehtimal edilir.
Yaxın vaxtlarda "Astronomy & Astrophysics" jurnalında dərc olunacaq araşdırmada beynəlxalq tənzimləyici qaydaların təcili hazırlanmasının vacibliyi vurğulanır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3421 Tarix: 04 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi
19 noyabrUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrİranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir
ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu
20 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabrİtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri
21 noyabrKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabr