Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək
Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılmasına dair Konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim edib.
"Report" "Index"ə istinadən xəbər verir ki, Madyar bu barədə videomüraciətində bildirib.
"Bu gün parlamentə təqdim edilən hər bir bəndin tək bir məqsədi var - daha heç kim Macarıstan dövlətini girov götürə bilməsin", - o əlavə edib.
Onun sözlərinə görə, Macarıstanda yeni konstitusiya hazırlanacaq və o, daha sonra, böyük ehtimalla payızda, ümumxalq referendumuna çıxarılacaq.
Düzəlişlərə Macarıstanın fəaliyyətdə olan prezidenti Tamaş Şuyokun mandatının başa çatdırılması, parlament deputatlarının səlahiyyətlərinin 3-4 illik müddətlə məhdudlaşdırılması və Konstitusiya Məhkəməsi üzvləri üçün yaş həddinin 70 olaraq müəyyən edilməsi daxildir. Bundan əlavə, sənədə əsasən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək, Dövlət Aktivlərinin Bərpası və Müdafiəsi Milli Ofisi yaradılacaq, Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndiriləcək və dövlət orqanları üzərində demokratik nəzarət gücləndiriləcək.
"Yeni prezident konstitusiya prosesi başa çatana qədər Macarıstan parlamenti tərəfindən 5 ilə qədər müddətə seçiləcək və bu seçimin bu yay baş tutacağı gözlənilir", - Madyar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 315 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021