Qobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (altı kişi, bir qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, iki nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün bir nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, bir nəfər Sabunçu Tibb Mərkəzinə, bir nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən bir nəfərin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30-da bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
07:56
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 61 yaşlı Zakir Ağaqasım oğlu Ağayevin idarə etdiyi 90-UX-940 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil 99-KB-416 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik maşını toqquşub. Nəticədə Z.Ağayev hadisə yerində həyatını itirib.
Hadisə zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanalara çatdırılıblar.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 677 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr