Dənizə girmək qadağasına baxmayaraq faciə: 1 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO
Türkiyənin Şilə rayonunda güclü dalğa və rip axını səbəbindən dənizə girmək qadağan edilsə də, qadağan olunmuş ərazilərdə suya daxil olan 3 nəfər axına düşüb. Hadisə nəticəsində bir nəfərin meyiti tapılıb, daha iki nəfərin axtarışları davam edir.
Bu barədə Sonxeber.az xarici mediaya istinadla xəbər verir.
Şilə Kaymakamlığının qərarına əsasən, əlverişsiz hava şəraiti, yüksək dalğalar və təhlükəli rip axını səbəbindən yerli vaxtla saat 11:00-dan etibarən Ayazma və Ağva Mərkəz çimərlikləri istisna olmaqla, rayonun bütün sahillərində dənizə girmək qadağan olunub.
Lakin qadağaya baxmayaraq, Sofular və Akçakese ərazilərində dənizə girən 24 yaşlı İsa Bodur, Ahmet Can Yavuz və Umut Gümüş güclü axına düşərək gözdən itib.
Hadisə yerinə cəlb olunan Sahil Mühafizəsi əməkdaşları havadan və dənizdən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladıb. Aparılan axtarışlar nəticəsində Ahmet Can Yavuzun meyiti sudan çıxarılıb.
Hazırda dalğalar arasında itkin düşən İsa Bodur və Umut Gümüşün tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. Çətin hava və dəniz şəraitində həyata keçirilən əməliyyatlar dron vasitəsilə də görüntülənib. Qruplar itkin düşən şəxslərə çatmaq üçün həm havadan, həm də dənizdən fasiləsiz fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 557 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr