Həftədə nə qədər qırmızı balıq yemək olar? Dietoloqların TÖVSİYƏSİ
Qırmızı balıq, xüsusilə də qızılbalıq, zəngin tərkibinə görə ən faydalı qidalardan biri hesab olunur. Tərkibində iltihab əleyhinə təsir göstərən omeqa-3 yağ turşuları var. Bu maddələr beynin, ürəyin və qalxanabənzər vəzin normal fəaliyyətini dəstəkləyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qızılbalıq yüksək keyfiyyətli zülal, astaksantin, selen, yod, B12 və D vitaminləri ilə zəngindir. Dietoloq və nutrisioloq Keti Sanders bildirir ki, qızılbalıq təbii şəkildə əhəmiyyətli miqdarda D vitamini ehtiva edən nadir qidalardandır. Bu vitamin sümüklərin, əzələlərin və immun sisteminin sağlamlığı üçün mühüm rol oynayır.
Qızılbalığı hər gün yemək təhlükəlidirmi?
Faydalarına baxmayaraq, mütəxəssislər qızılbalığın hər gün qəbul edilməsini məsləhət görmürlər. Bunun əsas səbəbi balıqda civə, dioksinlər və polixlorlu bifenillər (PCB) kimi zərərli maddələrin toplana bilməsidir. Qızılbalıqda civənin miqdarı ton balığı və qılınc balığı ilə müqayisədə xeyli az olsa da, uzun müddət normadan artıq istehlak sağlamlıq üçün risk yarada bilər.
Dietoloqlar bildirirlər ki, baş ağrısı, tez yorulma, diqqətin zəifləməsi və ətraflarda keyimə kimi əlamətlər çox nadir hallarda müşahidə olunur. Bu hallar adətən aylarla hər gün böyük miqdarda balıq yeyən insanlarda ortaya çıxa bilər. Bundan başqa, daim eyni qidanı qəbul etmək qidalanmanın müxtəlifliyini azaldır və orqanizmin digər vacib qida maddələrini almasına mane ola bilər.
Həftədə nə qədər qırmızı balıq yemək lazımdır?
Mütəxəssislər qırmızı balıqdan maksimum fayda əldə etmək üçün onu həftədə 2-3 dəfə qəbul etməyi tövsiyə edirlər. Dietoloq və nutrisioloq Canel Konnell bildirir ki, sağlam qidalanmada müxtəlifliyə üstünlük vermək vacibdir. O, qızılbalığı digər balıq növləri ilə növbələşdirməyi, rasiona bol tərəvəz, meyvə və tam taxıl məhsulları əlavə etməyi məsləhət görür.
Mütəxəssislərin fikrincə, balanslı və müxtəlif qidalanma bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyir və ümumi sağlamlığa daha müsbət təsir göstərir. Əksər insanlar üçün qırmızı balığın həftədə 2-3 dəfə, balanslı qidalanmanın bir hissəsi kimi qəbul edilməsi sağlamlığa potensial risklərdən daha çox fayda verir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 524 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLimonların ömrünü uzadan saxlama üsulları
Mətbəxdə tez-tez istifadə olunan limon otaq temperaturunda saxlandıqda tez quruyur, qabığı bərkiyir və şirəsini itirir. Təzə limon həm daha şirəli, həm də yumşaq qabıqlı olur. xəbər verir ki, limonun dadını və təravətini qorumaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:. Bütöv limonların saxlanması
29 noyabrÇiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?
Mətbəxdə geniş yayılmış vərdişlərdən biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər bu üsulun bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola biləcəyini bildirirlər. -a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması v
26 noyabrSən demə buzlaqlar da "oxuya" bilirmiş
Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş
27 noyabrBalaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır. Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur? . "Təmiz Şəhər" ASC-dən -ın sorğusuna cavab olaraq bildirili
29 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrBu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA
Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbd
26 noyabrYeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu
26 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabr