Azərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

Azərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.

Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb.

Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirib.

Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb.

Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.

Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOAzərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 390   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il

15 sentyabr
.

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətd

15 sentyabr
.

Antiterror əməliyyatı və seperatizmə son qoyulması

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr
.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamını narahat edir

Prezident İlham Əliyev sentyabrın 15-ə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçıları olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbe

16 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

"İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçılar

15 sentyabr
.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını

16 sentyabr