18 yaşlı qızı bıçaqlayıb telefonunu oğurlayan şəxs məhkəmə qərarı ilə azadlığa buraxılıb - VİDEO
Türkiyənin İzmir vilayətinin Kemalpaşa rayonunda 18 yaşlı qonşusunu təqib edərək bıçaqlamaq və mobil telefonunu qəsb etməkdə təqsirləndirilən şəxs barədə verilmiş həbs hökmü apellyasiya instansiyasında ləğv edilib. Yenidən baxılan iş üzrə yerli məhkəmə onun ölkədən çıxışına qadağa qoyulması və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə 2024-cü il oktyabrın 25-də Mustafa Kemal Atatürk məhəlləsində baş verib. İddiaya əsasən, həmin vaxt 16 yaşında olan Çağlar Efe D. bir müddətdir təqib etdiyi 18 yaşlı qonşusu Betül Ç.-ni küçədə izləyib. Təqib olunduğunu anlayan gənc qız qaçmağa çalışsa da, şübhəli ona bıçaqla hücum edib. Nəticədə Betül Ç. bədəninin müxtəlif nahiyələrindən, o cümlədən boyun hissəsindən xəsarətlər alıb.
İddialara görə, hücumdan sonra şübhəli zərərçəkənin mobil telefonunu da götürərək hadisə yerindən qaçıb. Ətrafdakı şəxslərin məlumatı əsasında hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəstəxanaya çatdırılan Betül Ç. müalicə aldıqdan sonra evə buraxılıb.
Hadisədən bir gün sonra Çağlar Efe D. polis və jandarmanın birgə əməliyyatı nəticəsində atasının evində saxlanılıb. Axtarış zamanı qızdan qəsb edildiyi bildirilən mobil telefon da aşkarlanaraq götürülüb. Şübhəli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Məlumata görə, o, təxminən 1 il 9 ay həbsdə qaldıqdan sonra məhkəmənin qərarı ilə ölkədən çıxışına qadağa və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. İzmir Respublika Prokurorluğu isə bu qərardan apellyasiya qaydasında şikayət verib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 717 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrMasajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO
Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira
29 sentyabr