Azyaşlı övladlarının gözü qarşısında bıçaqla onu döyən ərindən şikayətçi olmadı - VİDEO
Türkiyənin Hatay vilayətində ailədaxili zorakılıq hadisəsi baş verib. Ayrılmaq istədiyi həyat yoldaşı tərəfindən azyaşlı övladlarının gözü qarşısında bıçaqla təhdid edilərək döyüldüyü bildirilən qadının əri məhkəmə qərarı ilə həbs olunub.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kırıxan rayonunun Alsancak məhəlləsində yerləşən konteyner yaşayış məntəqəsində qeydə alınıb. İddialara əsasən, 34 yaşlı H.Y. əlində bıçaqla 24 yaşlı həyat yoldaşı S.Y.-ni yerə yıxaraq azyaşlı övladlarının gözü qarşısında döyüb. Hadisənin görüntülərinin mobil telefonla qeydə alınaraq yayılmasından sonra polis araşdırmaya başlayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində H.Y. qısa müddətdə saxlanılıb. O, polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb və "qəsdən sağlamlığa zərər vurma" və "şəxsi qanunsuz olaraq azadlıqdan məhrum etmə" ittihamları ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş S.Y. ifadəsində bildirib ki, həyat yoldaşı ilə boşanma mərhələsindədir. Onun sözlərinə görə, H.Y. əvvəlcə dərman qəbul edərək intihara cəhd edib, daha sonra isə onu döyərək evdən çıxmasına mane olub.
Məlumata görə, qadın baş verən hadisəyə baxmayaraq, üç övladının atası olan həyat yoldaşından rəsmi şəkildə şikayətçi olmayıb. Bununla belə, hadisə ilə bağlı istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 821 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib
25 noyabrPirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28 noyabrNərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismind
28 noyabrBakıda toyda rəqs edən qonaqların başına iş gəldi
Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub. -ın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, M.Rəhmanov rayon ərazisind
28 noyabrTƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14 noyabrYataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15 noyabrMaşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21 noyabr